Tilmer Yucin Tompson (; ) — ABŞ müvəkkili.

Həyatı Tilmer Yucin Tompson 7 avqust 1927-ci il tarixində ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində anadan olmuşdur.

Tompson 27 mart 1948-ci ildə Kerol adlı bir qadınla evlənmiş, üç qızı və bir oğlu olmuşdur. O, öz arvadını öldürməsi üçün Dik Anderson adlı bir muzdlu qatili işə almışdır. O, bu əmələ görə Andersona 3.000 ABŞ dolları ödəmişdir. Tompson 27 yaşlı məşuqəsi Jaklin Olesen ilə qaçmağı planlaşdırırdı. 1963-cü ilin dekabr ayında ona hökm verilmiş və ömürlük azadlıqdan məhrum edilmişdir. O, 1983-cü ildə vaxtından əvvəl azad edilmiş və anadan olduğu şəhərdə yerləşmişdir. Tilmer Yucin Tompson 7 avqust 2015-ci il tarixində, ABŞ-nin Minnesota ştatının Sent-Pol şəhərində, 88 yaşında vəfat etmişdir.

Populyar mədəniyyətdə Güman edilir ki, Tompson və onun öz arvadını öldürtməsi 1996-cı ildə Coel və İtan Koen qardaşları tərəfindən çəkilmiş "Farqo" filminin süjetinin ilham mənbəyidir, lakin Coel Koen bir müsahibədə bu iddianın faktiki həqiqətə uyğun olmadığını bildirmiş, filmin süjetinin tamamilə uydurma olduğunu demişdir.

"Investigation Discovery" telekanalının "Xatırlanacaq cinayət" teleserialının 2016-cı ildə ekranlaşdırılmış dördüncü mövsümünün üçüncü seriyası bu məhkəmə işini əhatə edir.

İstinadlar

Kateqoriya:ABŞ cinayətkarları Kateqoriya:Ömürlük həbs edilmişlər