Farqo () — ABŞ-nin Şimali Dakota ştatında şəhər, Kass qraflığının inibati mərkəzi. Yerləşdiriyi ştatının ən böyük şəhəri olan Farqonun əhalisi bütün ştatın əhalisinin 17%-ni təşkil edir. 2018-ci ABŞ əhalinin siyahıyaalınması ehtimallarına görə, şəhərin əhalisi 124.844 nəfərdən ibarətdir. Bu isə Farqonun ən çox əhaliyə malik 222-ci şəhəri edir. Şəhərin əsası 1871-ci ildə qoyulmuşdur.
İqlim Farqo şəhərinin iqlimi mülayim kontinentaldan kəskin kontinental iqlimə dəyişir. Şəhərdə qışlar ABŞ standartlarına görə çox soyuq, ancaq o qədər də uzunmüddətli olmur. Şəhərdə yaylar çox isti olur. Şəhərin iqlimi o qədər kontinentaldır ki, mütləq maksimum (+45.6 °C) ilə mütləq minimum (−44.4 °C) tempertaturları arasındakı fərq 90 °C-dir.
İqtisadiyyat Farqo ərazisinin iqtisadiyyatı tarixən kənd təsərrüfatından asılı olmuşdurı. Bu dominantlıq son onilliklərdə kəskin şəkildə zəifləmişdir. İndiki dövrdə Farqo şəhərinin böyüyən bir iqtisadiyyatı var, hansı ki, qida emalı, istehsalat, texnologiya, pərakəndə ticarət, ali təhsil və səhiyyəyə əsaslanır. "Forbes" jurnalı tərəfindən yayımlanan bir araşdırmada göstərilir ki, Farqo biznes və ya karyera başlatmaq üçün ABŞ-dəki ən yaxşı kiçik şəhərdir.
Populyar mədəniyyətdə 1996-cı ildə çəkilmiş "Farqo" filmində hadisələr, Şimali Dakotada yerləşən bu şəhərin şərəfinə adlandırılıb, əsasən Minnesota ştatında cərəyan edir. Film Oskar mükafatına layiq görülmüşdür. Farqo şəhəri filmin sadəcə açılış hissəsində görülür və onun adı sadəcə iki dəfə çəkilir. Filmin heç bir səhnəsi Farqo şəhərində və ya şəhərə yaxın bir yerdə çəkilməmişdir. 2014-cü ildə debüt etmiş "Farqo" teleserialı eyniadı filmin əsasında çəkilmişdir və onun bəzi seriyalarında şəhər hərdənbir görsədilir.
İstinadlar
Xarici keçidlər
Farqo — Farqo Ziyarətçilər Bürosu saytında. Farqo — Downtown Fargo-Moorhead saytında. Farqo — Ceyms Lileksin saytında. Farqo — ndsu.nodak.edu saytında.
A century together : a history of Fargo, North Dakota, and Moorhead, Minnesota (1975) — Digital Horizons saytında. Fargo : the natural location for agricultural industry (1946) — Digital Horizons saytında. Green pastures and vast wheat fields : a sketch, historical, descriptive and statistical (1975) — Digital Horizons saytında.
Kateqoriya:1871-ci ildə yarananlar Kateqoriya:Şimali Dakota şəhərləri