Cokyakarta Xüsusi Bölgəsi (, ) Yavanın cənubundakı İndoneziyanın əyalət səviyyəli muxtar bölgəsidir. Hind okeanı ilə cənubdan həmsərhəddir, eyni zamanda bütün quru sərhədlərini Mərkəzi Yava əyaləti ilə bölüşdürür. Cokyakarta Sultanlığının idarə etdiyi bölgə İndoneziya hökumətində yeganə rəsmi olaraq tanınan monarxiyadır. Cokyakarta şəhəri bölgənin paytaxtı və iqtisadi mərkəzidir.
thumb|left|Cokyakarta Xüsusi Bölgəsi
Cokyakarta Sultanlığı 1755-ci ildən qurulub və İndoneziyanın Milli İnqilabı (1945-1949) dövründə İndoneziyanın müstəqilliyinə sarsılmaz dəstək vermişdir. İndoneziyada birinci səviyyəli bölgü olaraq Cokyakarta qubernatoru kimi Sultan Hamenqkubuvono və qubernator müavini olaraq Şahzadə Paku Alam tərəfindən idarə olunur. Torpaq sahəsi 3118.8 km² olan İndoneziyanın Cakartadan sonra ikinci ən kiçik əyalətidir.
İstinadlar
Xarici linklər
Kateqoriya:İndoneziya əyalətləri Kateqoriya:İslam Kateqoriya:1950-ci ildə yaranmış dövlətlər və ərazilər