Qərbi Sumatra (,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsmi qiymətləndirmə 5,098,790 nəfər əhalini göstərir. Qərbi Sumatra 12 bölgəyə və yeddi şəhərə bölünür. Yava əyalətindən başqa İndoneziyanın digər əyalətlərinə nisbətən daha çox şəhərə sahibdir.Khee Giap Tan, Mulya Amri, Linda Low, Kong Yam Tan; Competitiveness Analysis and Development Strategies for 33 Indonesian Provinces, 2013 Paytaxtı Padanqdır. Vilayət şimalda Şimali Sumatra (Sumatera Utara), şərqdə Riau və Cambi, cənub-şərqdə Benqkulu əyalətləri ilə həmsərhəddir. Buraya sahildəki Mentavai adaları daxildir. Qərbi Sumatra Minanqkabau xalqının vətənidir, baxmayaraq ki ənənəvi Minanqkabau bölgəsi Qərbi Sumatra əyalətinin indiki inzibati bölgəsindən daha genişdir, Şimali Sumatranın cənub bölgəsini, Riaunun qərb bölgəsini, Cambinin qərb bölgəsini və Benqulunun şimal bölgəsini əhatə edir. Bundan əlavə Minanqkabau xalqı İndoneziyanın digər bölgələrinə, hətta Sinqapur və Malayziya kimi qonşu ölkələrə də yayılmışdır. İndi Minanqkabau xalqının təxminən yarısı ənənəvi bölgəsindən kənarda yaşayır, əksəriyyəti İndoneziya və Malayziyanın böyük şəhərlərində yaşayır. Malayziyadakı bir çox malayziyalı Minanqkabau nəslindəndir, əsasən Neqeri Sembilan və Cohor ştatlarında, eləcə də Malayziyanın digər bölgələrində yaşayırlar.

thumb|left|Qərbi Sumatra

İstinadlar

Xarici linklər

Government website

Kateqoriya:İndoneziya əyalətləri Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1945-ci ildə yaranmış dövlətlər və ərazilər