"Humay" mükafatı — "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən təsis olunmuş Azərbaycan mükafatı. 1993-cü ildə təsis edilib və müstəqil Azərbaycanın ilk milli mükafatı hesab olunur. Mükafat hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir. Namizədlər Azərbaycanın yaradıcı ittifaqları və "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən irəli sürülür, laureatlar isə "Humay" Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən müəyyən edilir.
Tarixi Mükafat 1993-cü ildə təsis edilib, laureatlar ilk dəfə 1994-cü ildə müəyyənləşib. Mükafatın 25-ci təqdimat mərasimi 2015-ci ilin aprelində, 28-ci təqdimatı 2020-ci ilin dekabrında, 30-cu təqdimat mərasimi isə 2023-cü ilin noyabrında keçirilib.
Nominasiyalar Mükafatlar əsasən musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə verilir. Sonrakı illərdə xoreoqrafiya, muğam ifaçılığı, dövri mətbuat və memarlıq sahələrində də laureatlar müəyyənləşdirilib.
Seçilmiş laureatlar İl Laureat Nominasiya / sahə 2015 Qasım Nağı Teatr — Yuğ Dövlət Teatrında yaratdığı obrazlar Elçin Musaoğlu Kino — "Nabat" filmi İlham Bədəlbəyli Ədəbiyyat — "Paradoks" əsəri Əyyub Quliyev Musiqi — opera-simfonik ifaçılıq və pedaqoji fəaliyyət Rauf Babayev, Nazim Məmmədov Kitab — "Qaya" adlı ömür" Hüseyn Haqverdi Təsviri sənət — "Daş" fərdi sərgisi Hacı Əliyev İdman — 2014-cü ildə sərbəst güləş üzrə dünya çempionu Nadejda İsmayılova Jurnalistika Aydın Mansurov Televiziya — teleoperator 2018 Kamran Nəzirli Ədəbiyyat — Azərbaycan ədəbiyyatının təbliği 2020 Nigar İbrahimova, Tahir Eynullayev Milli xoreoqrafiya sənəti Arzu Əliyeva, Aytən Məhərrəmova Muğam ifaçılığı "Mədəniyyət/Culture" jurnalı, "Mir Literaturı" qəzeti Dövri mətbuat Rafiq Hacıyev Kitab — "Əhsən sənə, Əhsən" Ayla Kərimova-Zəkəriyyə "Gənclərə dəstək" musiqi layihəsi Nərgiz Əliyeva (Qara Qarayev adına Dövlət Kamera Orkestri) Beynəlxalq festival və müsabiqələrdə uğurlu çıxışlar Əminə Məlikova Kitab — "Şirvanşahlar irsi dünya muzeylərində" və "Kəlağayı sənəti" 2023 Gülər Məmmədova Memarlıq
Həmçinin bax "Qızıl qələm" mükafatı
İstinadlar
Xarici keçidlər "Humay" mükafatının qalibləri məlum olub
Kateqoriya:Azərbaycan Respublikasının mükafatları Kateqoriya:1993-cü ildə təsis edilmiş mükafatlar Kateqoriya:"Humay" mükafatı Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar