2019 UEFA Millətlər Liqası finalı — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsinin son matçıdır. Bu final matçı UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk final matçıdır. Matç 9 iyun 2019-cu ildə Porto şəhərindəki Draqao stadionunda oynandı.

Oyunda Portuqaliya Niderland millisinə 1–0 hesabıyla qalib gələrək turnirin ilk qalibi oldu.

Məkan Final Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portodakı Draqao stadionunda oynandı. Stadion həm də "Porto" klubunun doğma məkanıdır.

Arxa plan Matçdan öncə FİFA Dünya Reytinqində Portuqaliya 7-ci, Niderland isə 16-cı yerdə dururdu.

Niderland A diviziyasının 1-ci, Portuqaliya isə 3-cü qrupunda mübarizə aparmışdı. 1-ci qrup turnirdəki ən çətin qrup hesab olunurdu. Bu qrupda Niderland son dünya çempionu Fransa millisini üstələyərək finallarda iştirak etmək hüququ qazandı.

Finala gedən yol

Qeyd: E–ev, S–səfər oyunu Portuqaliya Mərhələ Niderland Rəqiblər Nəticə Qrup mərhələsi Rəqiblər Nəticə 1–0 (E) 1-ci matç 1–2 (S) 3–2 (S) 2-ci matç 3–0 (E) 0–0 (S) 3-cü matç 2–0 (E) 1–1 (E) 4-cü matç 2–2 (S) 3. qrup birincisi Yekun nəticələr 1. qrup birincisi Rəqiblər Nəticə Millətlər Liqası Finalları Rəqiblər Nəticə 3–1 Yarı Final 3–1 (ə.v)

Matç thumb|upright|Matçın baş hakimi Alberto Undiano Mallenko oyunu idarə etdikdən sonra təqaüdə çıxıb Hakimlər 7 iyun 2019-cu ildə UEFA finalı idarə edəcək hakimlər briqadasının tərkibini açıqlayıb. Oyunu İspaniyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Alberto Undiano Malenko oldu. Ona idarəetmədə Roberto Alonso Fernandez və Xuan Yuste Ximenes kömək etdi. Dördüncü hakim rolunu isə Antonio Mateu Laos oynadı. Alexandro Xose Hernandez isə video köməkçi hakim vəzifəsini icra etdi.

Xülasə Matçın ilk hissəsi sürətli hücumlar və qol şanslarının sayı baxımdan kasad keçdi. Niderland topa sahib olmada üstün tərəf olsa da Portuqaliya millisinin müdafiəsinə yaxınlaşa və zərbə endirə bilmirdi.

Birinci hissədə Portuqaliyanın əsas vuran ayağı Bruno Fernandes idi. 12-ci dəqiqədə Bruno Fernandes uzaqdan qapını yoxlasa da top Silesenin üstünə gəldi. 18 dəqiqə sonra yenə Bruno Fernandes cərimə meydançası kənarından zərbə vurdu. Bu dəfəki zərbəsi daha effektiv idi, lakin qapıçı Silesen güclə də olsa topu dəf etdi. 38-ci dəqiqədə bir daha qapını yoxlayan Fernandesin zərbəsi qapının azca üstündən keçdi. Beləcə, ilk hissə qolsuz heç-heçəylə yekunlaşdı.

İkinci hissə də eyni ssenari üzrə irəllədi. 57-ci dəqiqədə Niderland millisi əks-hücuma çıxsa da hesabı aça bilmədi. 3 dəqiqə sonra portuqallar gözəl kombinasiya qurdular. Bernardo Silvanın mərkəzə doğru pasını Qonçalo Quedeş qolla tamamladı.

Qoldan sonra Niderlandlılar hücumlarının kəsərini artırdılar. 65-ci dəqiqədə başla vurulan zərbə Rui Patrisioda qaldı. 82-ci dəqiqədə van de Bek qol şansını dəyərləndirə bilmədi. Matçın qalan dəqiqələrində başqa qol olmadı və beləliklə Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu.

Detallar

GK 1 Rui PatrisioRB 20Nelson SemedoCB 4 Ruben DiaşCB 6 Joze FonteLB 5 Rafael GerreyroCM 13Danilo PereyraCM 14Villiam Karvalyo CM 16Bruno Fernandes RF 7 Kristiano Ronaldo (K)CF 17Qonçalo Quedeş LF 10Bernardo SilvaƏvəzetmələr:MF 15Rafa Silva MF 8 Joao Moutinyo MF 18Ruben Neveş Baş məşqçi: Fernando Santos300px GK 1 Yasper SilesenRB 22Denzel Dumfrays CB 3 Matteys de LiqtCB 4 Vircil van Dayk (K)LB 17Deyli BlindCM 15Marten de Ron CM 21Frenki de Yonq CM 8 Jorjinyo ViynaldumRW 7 Stiven Berxveyn CF 10Memfis DepayLW 9 Rayn Babel Əvəzetmələr:FW 11Kvinsi Promes MF 20Donni van de Bek FW 19Luk de Yong Baş məşqçi: Ronald Kuman

Matçın adamı: Ruben Diaş (Portuqaliya)

Köməkçi hakimlər: Roberto Alonso Fernandez (İspaniya) Xuan Yuste Ximenes (İspaniya) Dördüncü hakim: Antonio Mateu Laos (İspaniya) Beşinci hakim: Raul Kabanero Martinez (İspaniya) Video köməkçi hakim: Alexandro Xose Hernandez İspaniya)

Statistika

+Birinci hissəStatistikaPortuqaliyaNiderlnadVurulan qollar00Ümumi zərbələr121Dəqiq zərbələr40Save-lər04Topa sahib olma41%59%Künc zərbələri61Faullar46Ofsaydlar10Sarı kartlar00Qırmızı kartlar00

+İkinci hissəStatistikaPortuqaliyaNiderlandVurulan qollar10Ümumi zərbələr74Dəqiq zərbələr31Saves32Topa sahib olma50%50%Künc zərbələri43Faullar27Ofsaydlar12Sarı kartlar02Qırmızı kartlar00

+Oyun sonuStatistikaPortuqaliyaNiderlandVurulan qollar10Ümumi zərbələr195Dəqiq zərbələr71Save-lər36Topa sahib olma45%55%Künc zərbələri104Faullar613Ofsaydlar22Sarı kartlar02Qırmızı kartlar00

İstinadlar

Xarici keçidlər

Final matçının qısa video-xülasəsi

Həmçinin bax

Kateqoriya:UEFA Millətlər Liqası Kateqoriya:UEFA Millətlər Liqası 2018/2019 Kateqoriya:2018/2019 mövsümündə Portuqaliyada futbol Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunları Kateqoriya:Niderland milli futbol komandasının oyunları Kateqoriya:2018/2019 mövsümündə Niderlandda futbol