Ənvər Seyidəliyev () — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2007–2019-cu illər).
Həyatı Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977–1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983–1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.
Ailəlidir, bir oğlu və üç nəvəsi var.
Siyasi fəaliyyəti 1985–1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989–2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003–2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir.
2007–2019-cu illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İstinadlar
Kateqoriya:Ağsu Rayon İcra Hakimiyyətinin başçıları