thumb|200px|left|Atollun kosmosdan təsviri. Rangiroa () — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Papeete şəhərindən 355 km aralıda yerləşir.

Coğrafiya Atollun sahəsi 79 km²-dir. Hündürlüyü 12 metrdir. Ümumilikdə 415 kiçik adacıqdan ibarətdir. Daxilində laqun vardır. Laqunun sahəsi 1446 km²-dir. Laqunun uzunluğu 80 km, eni isə 32 – 5 km arasında. Tarixi Rangiroa hələ X əsrdən məskunlaşılmışdır. Bu gündə adada o dövrəı aid yaşayış məntəqələrinin qalıqları qalır. Təqribi olaraq 1560-ci ildə baş vermiş təbii fəlakət adanın qərbində böyük zərərə səbəb olur. XVII əsrdən 1770-ci illərə qədər adad inkişaf baş verir. Daha sonra Anaa atollu sakinləri ilə baş vermiş toqquşmalarda ada sakinləri ya öldürülür və ya əsr götürülür.

Rangiroa ilk dəfə 1616-ci ildə Villem Kornelis Shauten tərəfindən kəşf edilir. 1722-ci ildə isə ada yaxınlığından hollandiya səyyahı Yakob Roqqeven keçir. XIX əısrin ortalarından adada katolik misionerlər ayaq açır. 1865-ci ildə adada kokos palması əkilir. Bundan sonra bu sahə əhalinin əsas gəlir mənbəyinə çevilir. Son illər isə bu sahədə eniş müşahidə edilir. Balıqçılıq isə inkişaf edir. 1965-ci ildən adada turizmin inkişafı məqsədi ilə uçuş-eniş zolağı salınmışdır.

İnzibati bölgüsü İnzibati baxımından Rangiroa, Tikehau, Mataiva, Makatea atolları birlikdə Rangiroa kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir. Ada / rif Quru sahəsi,km² Laqunun sahəsi,km² Əhali,nəf. (2007) İnzibati mərkəzRangiroa791 4462438TiputaTikehau20400507TuheraheraMataiva1625204PapuaMakatea24—61MoutuRangiroa kommunası1391 8713210Tiputa Əhali 2007-ci il məlumatına görə adada 2438 nəfər yaşayır. Tiputa və Avatoru iri yaşayış məntəqələridir.

Mənbə Ada haqqında informasiya Rangiroa

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları