Byun Baekhyun (, ) — Cənubi Koreya müğənnisi, repperi və musiqiçisi. Cənubi Koreya və Çin musiqi qrupu EXO və EXO-CBX-in üzvüdür.

Həyatı Baekhyun, 6 may 1992-ci ildə Cənubi Koreyanın Puçxon şəhərində doğulub. Özündən 7 yaş böyük Baekbeom adlı qardaşı vardır. Baekhyun, 11 yaşında ikən musiqi ilə məşğul olmağa başlayıb. Puçxonda Jungwon liseyində təhsil almışdır. Həmçinin pianino çalmağı da öyrənmişdir.

O, döyüş sənətləri ilə də məşğul olmuş, Hapkidoda qara kəmər sahibidir.

Baekhyun 2011-ci ildə SM Entertainment şirkətinə qəbul olunmuşdur.

Karyera

EXO Byun Baekhyun, 30 yanvar 2012-ci ildə EXO qrubunun üzvü olaraq təqdim olundu. 2012-ci ildə grubun digər üzvləri Chanyeol, Kai və Sehun ilə birlikdə Girls Generation-TTS-nin Twinkle adlı mahnısının klibində rol almışdır.

2014-cü ilin fevral ayından bəri Koreya musiqi proqramı İnkigayoda EXO qrubundan Suho, aktyor Lee Yubi və ZE:A qrupunun üzvü Kwanglee ilə aparıcı olaraq işləmişdir. Daha sonra Suho ilə qruplarının 2015-dəki yeni albom ilə çıxışlarına görə aparıcılığı buraxmışdır.

Filmoqrafiya Gözəl Sənə (2012) Inkigayo (2014) Exo Next Qapı (2015) Ay aşiqləri: Yaralı ürək Qoryo (2016) Master Açar (2017)

İstinadlar

Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Cənubi Koreya musiqiçiləri