Pirhəsənli — Azərbaycan Respublikasının Ağsu rayonunun Pirhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Ağsu rayonunun böyük kəndlərindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına, sonralar isə Şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur. Həmin dövrdə 58 ailə yaşayan Pirhəsənli kəndi dini ocaqların mərkəzidir.
Pirhəsənli oykonimi pir, həsən və -li hissəciklərindən ibarətdir. "Pir" dini rütbə kimi Pirhəsənli dini ocaqları, pirləri ilə bağlıdır, oykonim antroponimdən yaranmışdır. Kəndin keçmiş tam adı Pirhəsənli Kəngərli və ya Pirhəsənli kəngərlisi olmuşdur. Oykonim Quba xanı Fətəli xanın 1782-ci ildə bir hissəsini Qarabağdan şirvana köçürdüyü kəngərli tayfasının adı ilə əlaqədardır.
Din Kənddə Pirhəsənli kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
İstinadlar
Həmçinin bax Mollahəsənli döyüşü
Kateqoriya:Ağsu rayonunun kəndləri