right|thumb|230x230px|İdman fotojurnalistləri "Indianapolis Motor Speedway" yarışında.
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar.
Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır.
Tarixi
Müharibə fotoqrafiyasının yaranması left|thumb|200px|Sen-Mor şəhərində barrikadalar (1848), qəzet hekayəsini təsvir etmək üçün istifadə olunan ilk şəkil Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Bir qəzet hekayəsinin illüstrasiyasında istifadə edilən ilk fotoşəkil, 25 iyun 1848-ci “İyun günləri” qiyamında çəkilmiş Parisdəki barrikadaların təsviri idi; foto 1–8 iyul 1848-ci il tarixlərində "L'Ilustration" qəzetində oyma vasitəsilə həkk olunaraq mətbuata çıxmışdır.
Krım müharibəsi zamanı ILN Rocer Fentonun çəkdiyi müharibə şəkillərini çap edərək erkən fotojurnalistikanın meydana gəlməsinə təşəbbüs göstərdi. Fenton ilk rəsmi müharibə fotoqrafı idi. Onun işinə müharibənin qoşunlar üzərindəki təsirlərini, döyüşlərin baş verdiyi mənzərələrin görüntülərini, hərəkətlərin nümunəvi təsvirlərini və komandirlərin portretlərini sənədləşdirmək daxil idi və bu da müasir fotojurnalistika üçün bünövrə rolunu oynamışdır. Müharibənin digər fotoqraflarına Uilyam Simpson və Karol Satmari də aiddir. Eynilə, Metyu Bredinin ABŞ-də vətəndaş müharibəsi zamanı çəkdiyi fotoşəkillər "Harper’s Weekly" qəzetinsə dərc edilməzdən əvvəl həkk olundu. O cümlədən qatar qəzaları və şəhər yanğınlarının da baş verdiyi bu fəlakət elə ilk günlərdə illüstrasiyalı qəzetlər üçün populyar bir mövzu idi.
Genişlənməsi left|thumb|300x220px|"Sürünənlər". London, 1876–1877-ci il. Con Tomsonun "Londonda küçə həyatı" adlı sənədli fotoqrafiya albomundan foto.
Təsvirlərin qəzetlərdə çap edilməsi bu dövrdə təsadüfən baş verən bir hal olaraq qalırdı. Fotoşəkillər özlüyündə bir məlumat çatdırma vasitəsindən daha çox mətni inkişaf etdirmək üçün istifadə edilirdi. Bu, 1870-ci illərin sonlarında fotojurnalistikanın öncüllərindən biri olan Con Tomsonun əməyi ilə dəyişməyə başladı. O, radikal jurnalist Adolf Smit ilə əməkdaşlıq edərək 1876–1877-ci illərdə Londonda aylıq "Street Life" jurnalını nəşr etməyə başladı. Layihədə Londondakı küçə insanlarının həyatı fotoşəkillərdə və mətnlərdə sənədləşdirilmiş və beləliklə, sosial sənədli fotoqrafiyanın fotojurnalistikanın bir forması kimi əsası qoyulmuşdur. Mətnə əlavə olaraq istifadə edilən görüntülərin əvəzinə, fotoşəkilləri çap olunmuş sözlərlə uğurla birləşdirərək fotoşəkillərin istifadəsini məlumatların yayılması üçün əsas vasitə kimi qabaqcıl etdi.
4 mart 1880-ci ildə "Daily Graphic" ilk dəfə bir xəbər fotoşəkilinin nöqtəli təsviretmənin köməyi ilə (həkk olunmuşun əvəzinə) reproduksiyasını nəşr etdi.
Fotoqraf Kamillus Sidney Flay 1886-cı ilin mart ayında General Corc Krukun apaçi lideri Ceronimonun təslim şərtlərini müzakirə edəcəyi barədə xəbər aldıqda avadanlıqlarını götürdü və hərbi kolona qoşuldu. O, burada 15 görüntü qeydə almağı bacardı. Onun 25 və 26 mart tarixlərində çəkdiyi Ceronimo və digər azad apaçilərin fotoşəkilləri, Amerika hindularının ABŞ ilə müharibə edərkən çəkilən və yeganə bilinən fotoşəkillərdir. Flay kompozisiyasını inkişaf etdirmək üçün subyektlərindən baş və bədənlərini hərəkət etdirərək poz vermələrini istədi. Məşhur jurnal "Harper's Weekly" 1886-cı il aprelin 24-ü üçün olan buraxılışında onun fotoşəkillərindən altısını nəşr etdi.
1887-ci ildə Yakob Riis kimi jurnalistlərə qeyri-rəsmi mövzuları qapalı məkanda çəkməyə imkan verən fləş toz ixtira edildi və bu, böyük diqqət çəkən "Digər yarım necə yaşayır?" əsərinin meydana gəlməsinə səbəb oldu. 1897-ci ilə qədər maksimum sürətiylə işləyən çap mətbəələrində yarımton fotoların artırılması mümkün idi.
Fransada "Rol", "Branger" və "Chusseau-Flaviens" kimi agentliklər vaxtaşırı yeni illüstrasiyaya olan tələbatı ödəmək üçün dünyanın hər tərəfindən fotoşəkilləri sindikatlaşdırırdı. Bu yeniliklərə baxmayaraq, yenə də bəzi məhdudiyyətlər qalırdı və 1897–1927-ci illərdəki sensasiya doğuran qəzet və jurnal hekayələrinin çoxu oymalarla təsvir olunurdu. 1921-ci ildə fototeleqraf şəkillərin xəbərin özünün səyahət edə biləcəyi qədər tez bir zamanda ötürülməsini mümkün etdi.
Qızıl əsr left|thumb|270x230px|"Berliner Illustrirte Zeitung" jurnalı modern fotojurnalistikanın əsasını qoydu və başqa jurnallar da bundan ilhamlandılar. Jurnalın 26 avqust 1936-cı il tarixli nəşrinin örtük şəkli. "Fransisko Franko və Emilio Mola arasında görüş".
"Fotojurnalistikanın qızıl əsri" əksər hallarda təxminən 1930–1950-ci illər hesab olunur. Bu, 1925-ci ildə kompakt ticari 35 mm-lik "Leica" kamerasının inkişafı və 1927–1930-cu illərdə fotojurnalistlərə şəkil çəkməkdə doğru elastikliyə imkan verən ilk fləş lampaların nəticəsində mümkün oldu.
right|thumb|300x220px|Doroteya Lanc tərəfindən çəkilmiş "Miqrant ana" adlı fotoşəkildə Böyük böhranın təsirləri təsvir olunur. FTA (Federal Təhlükəsizlik Agentliyi) əlavə bir neçə fotojurnalisti də böhranın fotoşəkillərini çəkmək üçün işə qəbul etmişdi.
Hekayələr danışmaq üçün mətndən daha çox fotoqrafiyadan istifadə edən yeni bir jurnal və qəzet üslubu meydana gəldi. "Berliner Illustrirte Zeitung" illüstrasiyalı xəbər jurnalının formatını ilk dəfə tətbiq edənlərdən biri oldu. 1901-ci ildən başlayaraq jurnal inqilabi bir yenilik edərək fotoşəkilləri jurnalın içərisində çap etməyə başladı. Növbəti onilliklərdə o, müasir xəbər jurnalının prototipinə çevrildi.
Daha sonra jurnal foto-essenin meydana gəlməsinə təkan verdi və o, həmçinin şəkillər üçün ixtisaslaşmış heyətə və istehsal bölməsinə sahib idi. Bundan əlavə jurnal həm də foto-kitabxanasını qoruyub saxlayırdı. O, həmçinin yeni və daha kiçik kameralarla çəkilən səmimi fotoşəkillərin istifadəsini də tanıtdı. Jurnal uzun müddət fotoşəkillərdən istifadə edərək hekayə danışa biləcək müxbirləri – xüsusən, qabaqcıl idman və ilk kadr fotoqraflarından olan Martin Munkaçi və fotojurnalistikanın qurucularından biri olan Erix Salomonu – axtardı və nəhayət, tapmağı bacardı.
Eranın başqa jurnallarına "Arbeiter-Illustrierte-Zeitung", "Vu", "Life", "Look", "Picture Post" və başqaları aid idi. Eranın qəzetlərinə "The Daily Mirror" və "The New York Daily News" qəzetlərini misal göstərmək olar. Bunlardan əlavə, eranın məşhur fotoqraflarına Robert Kapa, Alfred Eyzenştadt, Marqaret Burk Vayt, Uilyam Onegin Smit və başqaları aiddir.
right|thumb|200px|Fotojurnalistlər Liverpulda təşkil olunmuş "Əmək partiyası konfransı"nda. 2016-cı il.
Anri Kartye-Bresson bəzi insanlar tərəfindən müasir fotojurnalistikanın atası hesab edilir. Halbuki, bu ləqəb 1930-cu illərdə çəkdiyi siyasi xadimlərin səmimi şəkilləri fotoqrafiyada yenilik yaradan Erix Salomon kimi digər müxtəlif fotoqraflara da şamil edilmişdir.
Məsələn, Aqusti Sentellesin fotojurnalistikası 1930-cu illərin sonlarında İspaniyada vətəndaş müharibəsi zamanı Respublikaçı tərəfin təbliğat səylərində mühüm rol oynadı.
ABŞ jurnalisti Yulien Brayan 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsinin başlağıcında Nasist Almaniyasının ağır bombardmanına məruz qalan Polşadakı vəziyyətin fotolarını və filmini çəkdi. O həmçinin, rəngli fotoqrafiyada da qabaqcıl işçi idi.
Həmçinin, əsgər Toni Vakkaro da İkinci Dünya müharibəsinin ən öncül fotoqraflarından biri olaraq tanınır. Onun sadə "Argus C3" kamerası ilə qeydə aldığı Kapanın ispan əsgərinin vurulması zamanı çəkdiyi fotoşəkilə bənzər görüntülər müharibənin ən dəhşətli anlarını təsvir edirdi. Kapa özü "D günü" əməliyyatında Omaha çimərliyində idi və buna görə də o, qarşıdurmanın ən mühüm görüntülərini çəkməyi bacarmışdı. Vakkaro həmçinin, öz görüntülərini əsgər dəbilqələrində inkişaf etdirməsi və 1944-cü ildə bir kamera mağazasının dağıntılarından tapdığı kimyəvi maddələrdən istifadə etməsi ilə də məşhurdur.
1947-ci ildə bir neçə məşhur fotoqraf "Maqnum Foto" adında beynəlxalq foto kooperativini qurdu. 1989-cu ildə "Corbis Corporation" və 1995-ci ildə "Getty Images" agentliklərinin əsası qoyuldu. Güclü görüntülərə malik bu kitabxanalar hal-hazırda fotoşəkillərə və digər təsvirlərə hüquqlar satır.
Zəifləməsi "Fotojurnalistikanın qızıl əsri" 1970-ci illərdə bir çox foto-jurnalların nəşrini dayandırması ilə sona çatdı. Onlar reklam gəlirləri məsələsində böyük dövriyyə və yüksək xərcləri davam etdirmək üçün digər media ilə rəqabət edə bilmədiklərini müşahidə etdilər. Buna baxmayaraq həmin jurnallar foto-esse məsələsində və təsvirlərin gücü barədə jurnalistikaya çox şey öyrətdi.
Bununla birlikdə, 1970-ci illərin sonlarından bəri fotojurnalistika və sənədli fotoqrafiya sənət qalereyalarında incəsənət fotoqrafiyası ilə yanaşı yer tutur. Luk Delaye, Manuel Rivera-Ortiz və "VII Photo Agency" təşkilatının üzvləri qalereyalarda və muzeylərdə müntəzəm olaraq sərgi nümayiş etdirənlər arasındadır.
Müasir fotojurnalistika XX əsrin ilk iyirmi illiyi müasir fotojurnalistikanın başlanğıcı hesab olunur. Fotojurnalistika 1920-ci illərdə müasir çap texnologiyaları, "Rolleiflex" kameraları, "Contax" və ilk "Leica" kinokamerasına görə bütün ölkələrdə inkişaf etdi. "Leica" daha əvvəlki növlər ilə müqayisədə daha həssas idi.
Fransada Jak Anri Lartiq, Andre Kertes və Brassai kimi fotoqraflar məşhurlaşdı. Almaniyada isə Erix Salomon, Feliks H. Men, Tim N. Gidal, Volfqanq Veber, Ayzensted və Martin Munkaçi daha çox tanınırdı. Helen Levit və Liset Model isə ABŞ-də işləyirdi. 1905-ci ildən başlayaraq amerikalı Levis Hayn sistemli şəkildə zavodlardakı immiqrant və işçilərin şəkillərini çəkmiş və növbəti ildə isə uşaq əməyi haqqında sənədli filmlər çəkmişdir. Onun çəkdiyi filmlər uşaq əməyi ilə bağlı aktın qəbul edilməsinə öz töhfəsini verdi. Beləliklə, fotoqrafiya ilk dəfə sosial müzakirə mövzusu oldu və sosiologiya onu sənədləşdirici vasitə kimi istifadə etməyə başladı. 1910-cu ildə amerikan şirkəti "Underwood & Underwood" zəka fotoqrafiyası sahəsinə daxil oldu və ilk əvvəl stereofotoların yaradılması ilə məşğul oldu. Nyu-Yorkda yaşayan Vici şəhərin gecə həyatını, cinayətlərini, gecə içkilərini və ehtiraslı sevgililərini filmlərində sənədləşdirdi. O, bu məsələdə polislərlə olan əlaqələrindən istifadə etdi. Cinayət zamanı o, polislərlə birgə və ya onlardan əvvəl hadisə yerinə gələr, bir neçə şəkil çəkər və səhər bunları qəzetlərə satardı.
Rusiya və sonrakı SSRİ-də işləmiş Maks Alpert, Aleksandr Rodçenko, Boris İqnatoviç, Georgi Petrusov, İvan Şagin və Arkadi Şayxet 1917-ci ildən sonra proqramlaşdırılmış, mərkəzdən idarə olunan didaktik şəkildə quraşdırılmış təbliğatın vasitəçilərinə çevrilmişdilər.