Benzotriazol (azimidobenzol) — kimyəvi formulası C6H5N3 olan heterosiklik üzvü birləşmədir. Fiziki xassələri Benzotriazol – rəngsiz və ya ağ(hərdən tünd gəhvəyi) rəngdə olan kristaldır Alınması 1.2.3 benzotriazolu o- fenilendiaminin diazotlaşma reaksiyası zamanı almaq olar. 600px

Eynilə o-fenilendiaminlərdən 1 əvəzedici törəmələr alınır, 2 əvəzedici törəmələr isə o-aminazo- birləşmələrin oksidləşməsi reaksiyası zamanı əldə etmək olar.

Kimyəvi xassələri

Benzotriazol spirtlərdə, benzolda, toluolda, metanolda yaxşı, suda isə praktiki olaraq həll olunmur. Benzotriazol amfoter xüsusiyyətləri nümayiş etdirir.

300 px

Benzotriazolun alkillləşməsi reaksiyası 1-ci vəziyyətdə baş verir, alkilləşmə agentinin həddin- dən artıq olması ilə 1,3-dialkilbenzotriazolun duzları alınır. Elektofil əvəzetmə 4 və ya 7 vəziyyətdə turş mühitdə baş verir. Perxlorat və kalium permanqanatla reaksiyası zamanı 1,2,3-triazol-4,5-dikarbon turşusu alınır.

Tətbiqi Benzotriazol analitik kimyada kadmiyumu və nikeli təyin etmək üçün, mis (II), gümüş (I), sink (II), osmium (VIII) birləşmələrinin qravimetrik təyini zamanı və gümüşün titrimetrik təyin edilməsi üçün istifadə olunur. Sənayedə korroziya inhibitoru kimi istifadə olunur. Benzotriazolu yağlayıcı–soyuducu maddələrdə, antifrizlərdə, hidravlik mayelərdə istifadə edərək metalların birləşmələrin içinə daxil olmasının qarşısını alaraq parçalanmasına yol vermir.

Mənbə

Большой энциклопедический словарь. Химия изд.2 (1998) - c.72 Синтезы органических препаратов. Сборник 3 (1952) - c.104

Kateqoriya:Azot heterotsiklləri