Mahmud Mirzə Qacar () — Qacar sülaləsinin şahzadəsi, sülalənin rəisi və Məhəmmədəli şah Qacarın oğlu. O, əmisi oğlu Həmid Mirzə Qacarın 1988-ci il may ayının 5-də ölümündən sonra ölümünə qədər (2 iyul 1988) Qacar sülaləsinin rəisi olmuşdur.
Ailəsi Mahmud Mirzə Qacar İffət Aştiani ilə evlənmişdir. Bu evlilikdən bir oğulları və bir qızları olmuşdur.
Şahzadə Turanduxt (1 fevral 1940, Deauville). O, Keyxosrov Kamrani (ö. 8 yanvar 2007, Paris) ilə evlənmişdir. Keyxosrov Kamrani Nəsrəddin şahın oğlu Kamran Mirzənin oğlu olmuşdur. Bu evlilikdən Şahzadə Cahangir Kamrani (d. 8 yanvar 1970, Paris) və Şahzadə Navid (d. 15 iyun 1981, Paris) dünyaya gəlmişdir. Şahzadə Məhəmməd Əli Mirzə (d. 23 may 1942, Paris). Bankirdir. O, birinci evliliyini Robin Qacar-Vamboldla etmişdir. Robin Qacar-Vambold Məhəmməd Həsən Mirzənin qızı Giti Əfruzun qızı olmuşdur. Onlar övladları olmadan boşanmışdırlar. Məhəmməd Əli Mirzə ikinci evliliyini Şarlotta Fournoislə etmişdir. Bu izdivacdan Şahzadə Roksanna (d. 30 may 1993, Paris) adlı qızı vardır.
Həmçinin bax Qacarlar sülaləsi Həmid Mirzə Firudin Mirzə Qacar
İstinadlar
Kateqoriya:Qacar şahzadələri