Kiran hamamı — Kiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli tarix-memarlıq abidəsi.

Memarlıq xüsusiyyətləri

Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir. Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir. Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır.

Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan hamamları Kateqoriya:Ordubad rayonunun abidələri Kateqoriya:Kiran Kateqoriya:Eldənizlər