DC Towers — Avstriyada və Vyana şəhərində hündürlüyündə görə birinci olan göydələn. Tikili Kayzermülen rayonunda, Dunay çayının sahilində yerləşir.

Binanın ümumi sahəsi 93,600 m², 66,000 m²-i isə ofis otaqları üçün ayrılmışdır. Göydələnin inşası 2010-cu ildən 2013-cü ilə qədər davam etmişdir. Binanın xarici qara görüntüsü, Vyana şəhərinin iş bölgəsində digər tikililərdən fərqləndirir. Tikilişi Bina tək bir memarlıq üslubunda - futurizm üslubunda tikilmişdir. Göydələnin bir tərəfi "üzlü" görünən bir prizma formasındadır. Binanın başa çatdırılmasında üçün əsas materiallar - şüşə və ən əsası dəmir-betondan hazırlanmış çərçivədən istifadə edilmişdir.

Binanın çox hissəsi ofislərdən, bundan başqa otel, fitness salonu və üst mərtəbələrdə yerləşən restoranlardan ibarətdir. Qalereya

Həmçinin bax Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Triumf Palas Paytaxtlar şəhəri İstinadlar

Kateqoriya:Vyana