Qadsden bayrağı () — sarı bir sahə üzərində dolanmış və hücuma hazır bir zolaqlı zınqırovlu ilanın təsvir edildiyi tarixi ABŞ bayrağı. Zolaqlı zınqovlı ilanın aşağısında "DONT TREAD ON ME" sözləri yazılmışdır. Bayraq ABŞ generalı və siyasətçisi Kristofer Qadsdenin şərəfinə adlandırılmışdır. Qadsden bu bayrağı ABŞ İstiqlal müharibəsi zamanı – 1775-ci ildə tərtib etmişdir.
Tarixi İlan simvolizmi thumb|left|"Join, or Die" karikaturası. Bencamin Franklin. 1754-cü il.
Zolaqlı zınqırovlu ilan orijinal On üç koloniya ərazisində yaşayırdı. Onun Amerika koloniyaları üçün bir simvol olaraq istifadəsi Bencamin Franklinin publikasiyalarına qədər gedib çıxır. O, 1751-ci ildə ilk dəfə "Pennsylvania Gazette" qazetində dərc etdiyi bir satirik şərhdə zolaqlı zınqırovlu ilana istinad etmişdir. İttiham edilmiş cinayətkarlara Amerikaya göndərmək Böyük Britaniyanın bir siyasəti idi. Buna görə də Franklin təklif etmişdir ki, amerikalılar onlara Böyük Britaniyaya zolaqlı zınqırovlu ilanlar göndərərək təşəkkür etsinlər.
Franklin Fransa və hindi müharibəsi zamanı, 1754-cü ildə özünün məşhur səkkiz yerə kəsilmiş ilan təsvirini dərc etmişdir. Bu, koloniyalarını təmsil edirdi. Burada Yeni İngiltərə ilanın başı, Cənubi Karolina isə ilanın quyruğu olaraq göstərilmişdir. İlanın altında "Join, or Die" () yazılmışdır. Bu, ABŞ qəzetində yayımlanmı ilk siyasi karikatura idi.
Amerikadakı koloniyalar Böyük Britaniya imperiyasının bir vassalı olmaq fikri yerinə, öz icmaları və azadlıq anlayışlarına doğru yönəlirdilər. Amerikaya xas olan təsvirlər getdikcə populyarlaşırdı. Zolaqlı zınqırovlu ilan ağbaş qartal və Amerika hindiləri kimi Amerika qayələri və cəmiyyətini simvolikləşdirirdi.
İlan ABŞ inqilabı qaçınılmaz bir səviyyəyə çatdığı bir dövrdə koloniyaların əsas simvoluna çevrilirdi. 1773-cü ildə Pol Revir Franklinin tanınmış karikaturasını İsayya Tomasın "Massachusetts Spy" qəzetinin başlıq hissəsinə yerləşdirmişdir. İlan burada Böyük Britaniyanın simvolu olan qrifon ilə vuruşurdu. 1775-ci ilin dekabr ayında Bencamin Franklin "Pennsylvania Journal" jurnalında "American Guesser" () psevdonimi altında bir esse nəşr etmişdir. Bu essede vurğulanmışdır ki, zolaqlı zınqırovlu ilan amerikan ruhunu təmsil etmək üçün yaxşı bir simvol idi.
Zolaqlı zınqırovlu ilan simvolu ilk dəfə rəsmi şəkildə 1778-ci ildə Kontinental Konqres tərəfindən, Müharibə Departamentinin Möhürü olaraq qəbul edilmişdir. Möhürün mərkəz hissəsinin yuxarısında zolaqlı zınqırovlu ilan təsviri var. Bu ilan üzərində "This We'll Defend" () yazılan bir banner daşıyır.
Bayraq thumb|right|250px|Qadsden bayrağı. ABŞ dərslik kitabı. 1885-ci il.
1775-ci ilin payızında general Corc Vaşinqton ABŞ Kontinental Donanmasını təsis edir və özünü bütün kontinental qüvvələrin ali baş komandan təyn edir. İlk vaxtlarda yeddi gəmidən ibarət olan donanma adətən "Vaşinqton kreyserləri" () adlandırılırdı və "Azadlıq ağacı bayrağı"nı () dalğalandırırdı. Bu bayraqda yaşıl bir şam ağacı təsvir olunmuş və "Cənnətə müraciət et" () deyimi yazılmışdır.
Polkovnik Kristofer Qadsden konqresdə Cənubi Karolina ştatını təmsil edirdi. O, Donanma Komitəsinin yeddi üzvündən biri idi. Onlar ABŞ-nin ilk hərbi dəniz əməliyyatını planlaşdırırdılar.
Qadsden ilk əməliyyatın 1775-ci ilin dekabr ayında həyata keçirilməsindən əvvəl donanmanın yeni təyin edilmiş ali baş komandanı kommodor Esek Hopkinsə sarı zolaqlı zınqırovlu ilan bayrağını verir ki, onun rəhbərlik etdiyi flaqman gəmisinin özəl bir ştandartı olsun. Bu bayraq gəminin əsas bayraq dirəyindən asılmışdı. Hopkins donanmanın rəhbəri təyin edilməzdən əvvəl Providens Qəsəbəsinin Artilleriya Qatarının Birləşmiş Kampaniyanılarına rəhbərlik etmişdir. Bu hərbi birləşmənin 1775-ci ildə istifadə edilən bayrağında zolaqlı zınqırovlu ilan təsviri və "Do Not Tread on Me" () yazısı var idi. Bayraqda həmçinin, sarı bir sahə üzərində bir lövgər, toplar və "In God We Hope" () yazısı var idi. Hopkinsə verilən yeni bayraq əvvəlki bayrağın sadələşdirilmiş bir versiyası idi.
Qadsden bu bayrağın başqa bir kopyasını Çarlston şəhərində yerləşən Cənubi Karolina Konqresinə vermişdir. Cənubi Karolinanın konqres jurnallarının 9 fevral 1776-cı il tarixli qeydində yazılmışdır:
Müasir dövrdə 250px|thumb|right|Qadsden bayrağının azərbaycanca variantı. Burada "DONT TREAD ON ME" əvəzinə "MƏNİ TAPDALAMA" yazılıb.
ABŞ-nin ilk bayraqlarından biri hesab edilən Qadsden bayrağı daha sonra Ulduzlar və Zolaqlar ilə dəyişdirilmişdir. ABŞ İstiqlal müharibəsi sona çatdıqdan bəri ABŞ vətənpərvərliyi, hökumət ilə ziddiyyət və mülki azadlıqların simvoluna çevrilib.
Qadsden bayrağı tarixi səbəblərə görə Cənubi Karolina ştatının Çarlston şəhərində dalğalandırılır. Kristofer Qadsden tərtib etdiyi bu bayrağı ilk dəfə bura təqdim etmişdir və bu bayraq ABŞ İstiqlal müharibəsi dövründə daim dalğalandırılmışdır.
Avtomobil qeydiyyat nişanları Qadsden bayrağı bəzi ştatlarda avtomobil qeydiyyat nişanlarından çox istifadə edilir.
2018-ci ildə əldə edilmiş məlumatlara görə, Alabama, Arizona, Merilend, Missuri, Montana, Oklahoma, Cənubi Karolina, Tennesi, Texas və Virciniya ştatları Qadsden bayrağını avtomobil qeydiyyat nişanlarına əlavə etmək imkanını yaradır.
Qeydlər
İstinadlar
Xarici keçidlər
— Klermont İnstitutu rəsmi saytında.
Kateqoriya:Tarixi bayraqlar Kateqoriya:ABŞ bayraqları Kateqoriya:ABŞ inqilabının bayraqları Kateqoriya:On üç koloniya Kateqoriya:Aktivizm bayraqları Kateqoriya:Azadlıq simvolları Kateqoriya:İnternet memləri Kateqoriya:İlanlar incəsənətdə Kateqoriya:Heyvan təsviri olan bayraqlar Kateqoriya:On üç koloniya tarixi