İdrissa Akuna "İdris" Elba (; ) — britaniyalı kino və televiziya aktyoru. Əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), Kabus yarışçı 2: İntiqam atəşi, Prometey (2012) və Tor triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanmışdır.
Bioqrafiya İdrisa Akuna Elba 6 sentyabr 1972-ci ildə Londunun Xakni borosunda A doğulmuşdur. Ailənin yeganə övladı olan aktyorun atası Siyerra-Leoneli və anası isə Qanalıdır. Hələ məktəb illərdə səhnəyə çıxmağa başlamışdır. 1986-cı ildə dicey olan əmisinə işində köməklik etməyə başlayıb, daha sonra özü dicey kimi müxtəlif gecə klublarında "DJ Big Driss" ləqəbi ilə çıxış edib Answers.com. Gənc yaşlarında həm də Ford şirkətində də çalışmışdır.
Karyerası İdris Elba kino aktyor karyerasına televizyadan başlayır və müxtəlif seriallarda çəkilir. Böyük kinoda ilk addımlarını isə 2000-ci illərdə atmağa başlayır. Belə filmlərə "Buffalo əsgərləri" (2001) və "Yeganə sevgi" (2003) filmlərini göstərmək olar.
2007-di ildə aktyorun iştirakı ilə 4 filmin premyerası olur. Bu filmlər 28 həftə sonra, "Biçin", "Qanqster", "Atanın kiçik qızları" filmləri idi.
2010-cu ildə "Lüter" psixoloji detektiv serialında baş rolu ifa etməyə başlayır.
2011-ci ildə Elba Kennet Brananın rejissorluq etdiyi və Marvel kinematoqrafiya kainatının bir hissəsi olan fantastik filmi "Tor"da oynayır. Ekranda o komiks qəhrəmanı Heymdal personajını canlandırır.
2011-ci ildə "Lüter" serialına görə "Miniserial və ya telefilmdə ən yaxşı aktyor" nominasiyasında "Qızıl qlobus" mükafatına layiq görülür.
2012-ci ildə premyerası reallaşan Kabus yarışçı 2: İntiqam atəşi filmində Moro rolunda çıxış edir.
2013-cü ildə Qilyerme Del Toronun "Sakit okean savaşı"nda Marşal Steker Pentekost və "Tor 2: Qaranlıq dünya" filmində yenidən Heymdal rollarında oynayır.
2016-cı illərdə kritiklərdən tərəfindən çox yaxşı qarşılanan "Millətsiz heyvanlar"da yer alır.. Elə həmin il "Ulduz yolu" seriyasından "Startrek: Sonsuzluq" filmində Kroll personajını canlandırır.
2017-ci ildə baş rolda çıxış etdiyi "Qara Qala" filmi kritiklər tərəfindən soyuq qarşılanır..
Heymdal rolunu "Tor: Raqnarök" (2017) və "Qisasçılar: Sonsuzluq müharibəsi" (2018) filmlərində təkrarlayır.
2019-cu ildə Idris Elbanın oynadığı "Sürətli və qəzəbli: Hobs və Şou" filmi işıq üzü görür.
Filmoqrafiyası ilFilmin adıOrjinal adıRol1994–1995sHesabThe BillAleks Meyson/Erl Li1995sTamamilə inanılmazAbsolutely FabulousHilton1999fSevimli anaBelle MamanQrequar2001fBuffalo əsgərləriBuffalo SoldiersKimboro2002–2004sTelThe WireRassel Bell2003sCSI: MayamiCSI: MiamiAnjelo Sedaris2003fTək sevgiOne LoveAaron2005tfBir dəfə apreldəSometimes in AprilOqustin Muqanza2007fBiçinThe ReapingBen2007fAmerikalı qanqsterAmerican GangsterTanqo2007fAtanın kiçik qızlarıDaddy's Little GirlsMonti Ceyms2008fRoknrolaRocknRollaMambls2008fBuraxılış gecəsiProm Nightdetektiv Binn2009fDoğulmamışThe UnbornArtur Uindam2009fObsessedDerek Çarlz2009sOfisThe OfficeÇarlz Mayner2010fUğursuzlarThe LosersRok2010sBöyük SThe LosersLenni2010fTakersQordon Kozye2010–2019sLüterLutherCon Lüter2011fTorThorHeymdall2011cfATHFATHFpolis2012fKabus sürücü 2: Qisasın ruhuGhost Rider: Spirit of VengeanceMoro2012fPrometeyPrometheuskapitan Canek2013fSakit okean savaşıPacific RimSteker Pentekost2013fTor: Qaranlıq dünyaThor: The Dark WorldHeymdall2013fMandella: Azadlığa doğru uzun yolMandella:Long Walk to FreedomNelson Mandella2014fİkinci gəlişLong Walk to FreedomMark2014fYaxşı əməl yoxdurNo Good DeedKolin2015fQisasçılar: Altron erasıThe Avengers: Age of UltronHeymdall 2015f100 küçəA Hundred StreetsMaks2015fQanmenThe GunmanCeki Barns2015fMillətsiz xalqlarBeasts of No Nationkomandir2016cfZootopiyaZootopiaBuyvolson2016fCəngəllik kitabıThe Jungle BookŞirxan (səsləndirmə)2016fDorinin axtarışındaFinding DoryHlyup2016f100 küçə100 StreetsMaks Mur2016fStartrek: SonsuzluqStar Trek BeyondKroll2017fQara qülləThe Dark TowerRonald Diskeyn2017fBizim aramızdakı dağlarThe Mountain Between UsBen Bass2017fTor: RaqnarökThor: RagnarokHeymdall2017fMollinin oyunuMolly's GameÇarli Ceffi2017sQerilyaGuerrillaKent2018fQisasçılar: Sonsuzluq müharibəsiAvengers: Infinity WarHeymdall2018fUzun qaçışdaIn the Long RunVolter İsmon2019fSürətli və qəzəbli: Hobs və ŞouFast & Furious Presents: Hobbs & ShawBrikston2019fPişiklərCatsMakaviti
Şəxsi həyatı İdris Ekba 1997–2001-ci illərdə aktrisa Dormova Şermanla evli olur. 2002-ci ildə cütlük artıq rəsmən ayrıldıqdan sonra İsan adlı qızları olur. Aktyor futbolla yaxından maraqlanır və London təmsilçi Arsenalın azərkeşidir.
İstinadlar
Kateqoriya:Diceylər Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:XX əsr musiqiçiləri Kateqoriya:XXI əsr musiqiçiləri