Diqora (, , ; ) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi.

Etimologiya Şəhərin adı osetin dilindəki (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər.

Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski () olmuş, daha sonra Novoxristianovskoye (), Xristianovskoye () olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.

Coğrafiya Şəhər Terek çayının qollarından olan Ursdon çayının sol sahilində, Vladiqafqaz şəhərinin şimal-qərbində yerləşir. Diqora şəhərinin ərazisi 18 km2-dir.

Tarix Diqoranın əsası 1852-ci ildə başqa ərazilərdən bura köçən immiqrantlar tərəfindən qoyulmuşdur. Diqoraya məskən salma prosesinə 1852-ci ilin yay aylarında start verilmişdir. Qonşu kəndlərdən gələn immiqrantlar 260 ailədən ibarət idi.. Diqora əhalisinin əksəriyyətini xristianlar təşkil edirdi, ancaq bəzi tayfalar və ailələr İslam dininə inanırdı.

XIX əsrin axırlarından başlayaraq şəhərdə tez-tez inqilabi iğtişaş yaranırdı. 1917-ci ilin yayında Diqora ətraflarında inqilabçı-demokrat "Kermen" partiyası fəaliyyətə başlamışdır. Bu partiya 1918-ci ilin aprel ayında bolşevik partiyası ilə birləşmişdir və Sov. İKP-nin "Kermen" adlı bir rayon təşkilatı təsis olunmuşdur.

1 aprel 1934-cü il tarixində Ümumrusiya Mərkəzi İcra Komitəsi Xristianovskoye kəndinin adını Diqora olaraq dəyişdirmişdir. Diqoraya 1964-cü ilin yayında şəhər statusu verilmişdir.

Əhali 2019-cu ildə əldə edilmiş məlumatlara görə, Diqora şəhərinin əhalisi 10.072 nəfərdir.

Milli tərkibi 2010-cu ildə keçirilmiş ümumrusiya əhalinin siyahıya alınması əldə edilmiş məlumatlara əsasən: XalqSay%osetinlər (diqorlar) 10.483 95,7 %ruslar 97 1,8 %ləzgilər 67 0,6 %digərləri 209 1,9 %ümumi 10.856 100 %

Qardaş şəhərlər 20x20px Şali, Çeçenistan

İstinadlar

Xarici keçidlər — "region15.ru" informasiya portalında. — "Moy qorod" ensiklopediyasında.

Kateqoriya:1852-ci ildə yarananlar Kateqoriya:Şimali Osetiyanın yaşayış məntəqələri Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:Şimali Osetiya şəhərləri