Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır.
Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycan türklərindən , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük türk xalqı hesab olunurlar.
Tarixi Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan qınıq, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar"Reşideddin. Cami üt-tevarih. Ankara 1960. səh. 352., halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdırMahmud Kaşğarlı. Divan, I, səh. 473.. Məşhur alim Əl-Biruni də Doqquz Oğuzlara qonşu olan əraziləri "Türkmən məmləkəti — Ərz üt-Türkməniyyə" kimi göstərmişdirBiruni. Təfhim. Bax: Osman Turan. Göstərilən əsəri. səh. 158.. Məşhur Macar alimi, türkoloq Rasonyi Türkmənləri "müsəlman Oğuzlar" deyə adlandırmış və göstərmişdir ki: "İsık-göl tərəfində Türkmənlər — müsəlman Oğuzlar və qarluklar yerləşmişdilər… Bugünkü Türkmən oymaq adlarının bir çoxu qədim Oğuz oymaq adları ilə eyniyyət təşkil etdikləri üçün türkmənləri də oğuz saymamız gərəkir"Prof. Dr. Laszlo Rasonyi. Tarihte Türklük. Ankara 1971. səh. 137, 195, 196.. Bəzi müəlliflərə görə, "Türkmən" adı köçəri Türk anlamına gəlir. Müsəlmanlığı qəbul edən oğuzlar yayı yaylaqda, qışı qışlaqda keçirdiklərindən və daha sonraları müxtəlif yerlərə yayıldıqlarından Türk əsilli qövmlərin ortaq adı olaraq "Türkmən" deyə adlandırılmışlar. Oğuzların tarix səhnəsinə çıxdıqları bölgə günümüzdə "Türkmən ölkəsi" anlamına gələn "Türkmənistan" olaraq adlandırılmaqdadırProf. Dr. Anıl Çeçen. Türk devletleri, Ankara 2003. səh. 477.. Türküstan, Azərbaycan "Yaxın Şərq və Anadoluda Türkmənlər yalnız öz varlıqlarını qoruyub saxlamamış, eyni zamanda ən böyük imperatorluqlar və dövlətlər qurub yüksək bir mədəniyyət və Cahan hakimiyyəti davasının da öncül bir təmsilçisi ola bilmişdilər"Prof. Dr. Osman Turan, Türk Cihan hakimiyyeti mefkuresi tarihi. cilt 1–2, səh. 5..
Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq Bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq Bəy digər peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini — Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu Dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq Bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar.