Şalbuzdağ (keçmiş adları: Şalburz, Ərənlər) — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4142 metrdir, Dağıstanda Axtı rayonu ərazisindədir.

Dağıstanın digər dağlarında olduğu kimi Şalbuzdağda daimi buzlaq çox yayılmayıb, qar xətti dəniz səviyyəsindən 3,5 km yüksəklikdə yerləşir. Şahdağ və Bazardüzü ilə birlikdə Şalbuzdağ Qafqazın şərq hissəsinin ən yüksək dağlarından biridir.

İstinadlar

Kateqoriya:Böyük Qafqaz Kateqoriya:Dağ zirvəsi – dördminliklər Kateqoriya:Asiya dağları Kateqoriya:Azərbaycan coğrafiyası Kateqoriya:Müqəddəs dağlar