Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti.

Tarixi

Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi.

I Sökmən əl-Qütbi (1100—1112) Zahirəddin İbrahim (1112—1127) Sultan Əhməd Sökmənli (1127—1128) II Nasirəddin Sökmən (1128—1185) Saifəddin Bəgtimur (1185—1193) Bədrəddin Ağsunqur (1193—1198) Məhəmməd əl-Mənsur (1198—1206) İzzəddin Balban (1206—1207)К. Рыжов "Все монархи мира — Мусульманский восток VII—XV вв.

İstinadlar

Həmçinin bax Anadolu bəylikləri

Xarici keçidlər

Kateqoriya:Səlcuq sülaləsi Kateqoriya:Anadolu bəylikləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Türk sülalələri