Alsionium () — sinfinə aid tip.Onurğasızlar zoologiyasından praktikum . F. Q. Ağamalıyev , E. Ə. Muradova. Bakı "Maarif" nəşriyyatı, 2004. 204 səh.
Haqqında Alsionium səkkizşüalı mərcanlardan olub alcyonaria dəstəsinə daxildir. Onlar kol, yaxud ağacşəkilli koloniyalar əmələ gətirir. Aralıq və şimal dənizlərində geniş yayılmışdır . Koloniya üzərində uzunluğu 1sm olan çoxlu poliplər oturur. Alsioniumun bədəni silindr formasında olub , ağız ətrafında səkkiz qol vardır. Ağız , udlaq vasitəsilə qastral boşluqla əlaqələnir. O radial arakəsmələrlə kameralara bölünmüşdür . Kameraların sayı qolların sayına müvafiqdir. Hdroidlərlə müqayisədə bunlarda ektodermanın altında əzələ toxumasının diferansasiyası getmişdir. Kirəc və az hallarda buynuzabənzər skeletə malikdirlər . Alsioniumun skeleti mezoqleydə səpələnmiş spikulalardan ibarətdir və heç vaxt mərkəzi oxla birləşmirlər. Cinsi və qeyri-cinsi yola çoxalırlar . Ayrı cinslidirlər. Cinsi hüceyrələr septaların entoderması ilə mezoqleyin arasında formalaşır . İnkişafın ilk mərhələsi mezoqleydə gedir. Planula xaricə çıxır, ön tərəfi ilə suyun dibinə oturur və yeni koloniyaya başlanğıc verir.
Həmçinin bax Mərcan polipləri Hidroidlər
İstinadlar
Xarici keçidlər Alcyonium
Kateqoriya:Mərcan polipləri