İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Yaranması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.
Layihələr "eGov" elektron hökumət portalı "myGov" elektron hökumət portalı "digital login" İcazələrin Alınması və Monitorinqi Sistemi Rəqəmsal icra hakimiyyəti
İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2019-cu il tarixli 1375 nömrəli Sərəncamı ilə Tural Kərimli İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
2023-cü ildə agentliyin sədri vəzifəsinə İnarə Vəliyeva təyin edilib. O, bundan əvvəl bu vəzifəni müvəqqəti olaraq icra edib.
16 yanvar 2025-ci ildə agentliyin sədri vəzifəsinə Fərid Osmanov təyin olunub.
Tənqidlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yarandığı 2021-ci ildə 4,163 milyon, 2022-ci ildə isə 4,626 milyon manat zərər edib. Qurum 2023-cü ili də 7,652 milyon manat zərərlə bitirərək, bununla da yığılmış zərərini 45,9% artıraraq 24,309 milyon manata çatdırıb.
Agentlik həmçinin təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini verməməsi, səbəbsiz yerə gecikdirməsi ilə bağlı tənqid olunub.
Bəzi iddialara görə, Technest layihəsi çərçivəsində bəzi əməkdaşların şəxsi maraqları nəzərə alınaraq şəhərin müxtəlif yerlərində, o cümlədən yararsız məkanlarda kurslar təşkil edilib. Bildirilir ki, bu kurslardan bəziləri formal xarakter daşıyıb və real tədris fəaliyyəti aparılmayıb. Bundan əlavə, bəzi şəxslərin layihəyə qeyri-şəffaf yollarla qoşulduğu və resurslardan qeyri-effektiv istifadə olunduğu bildirilib.
İstinadlar
Kateqoriya:Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Azərbaycan iqtisadiyyatı