Kobani (, , ), rəsmi olaraq Eyn ül-Ərəb () — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür.

Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır. Onların çoxu 2015-ci ildə geri qayıtmış və şəhərdə yenidənqurma işlərinə start verilmişdir.

Suriyada vətəndaş müharibəsindən əvvəl Kobani şəhərinin əhalisi 45.000 nəfərə yaxın idi. Şəhər əhalisinin əksəriyyətini kürdlər təşkil edirdi, ancaq şəhərdə ərəb, Suriya türkmanı və erməni icmaları da yaşayırdı.

Etimologiya Kobani () sözünün mənası ilkin olaraq, kompaniya demək idi. Bu ad 1911-ci ildə Konya–Bağdad dəmiryolunu inşa edənOther sources that refer to this subject include Nedal Yousef, 'Interview with Hussein Amin Hussein about [his book] 'Ayn al-Arab – One Hundred Years "حسين أمين حسين"…يتحدث عن مدينة "عين العرب" في مئة عام.. (esyria.sy) 9 April 2009. Hussein Ali Hussein, "Ayn Al-Arab over a century" (عين العرب في مئة عام), Dar Al-Aqsa, Damascus (2007); the book is a history of the town compiled for its centennial from accounts in living memory (notably from one Mohamed Abdi, who according to Hussein died in 1998 aged 118, as well as "other centenarians from the region").Patrick Cockburn, Isis in Kobani: Turkey's act of abandonment may mark an 'irrevocable breach' with Kurds across the region Independent 7 October 2014.Kheder Khaddour, Kevin Mazur, The Struggle for Syria's Regions (MER269) "State policy Arabized this town's name in the 1980s to ‘Ayn al-‘Arab, meaning the "spring of the Arabs." The running joke among residents is that the town has neither Arabs nor a spring." Almaniyanın bir dəmiryol şirkətina bir istinad idi.Sociéte Impériale du Chemin de fer de Bagdad, founded on 13 April 1903 with 40% ownership of Deutsche Bank, 30% Banque Impériale Ottomane, 10% Anatolische Eisenbahn-Gesellschaft, 7,5% Wiener Bankverein, 7,5% Schweizerische Kreditanstalt, 5% Banca Commerciale Italiana.

Kobani şərqdəki Ərəb Pınar və qərbdəki Mürşidpınar () kəndləri arasında tikilmişdi. Şərqdə yerləşən Ərəb Pınar (, Ərəb bulağı) və Kobaninin ərəb dilindəki adı Ayn əl-Ərəb ) bunun tərcüməsidir. Buradakı "bulaq" sözü kəndin şərqindən axan çaya bir istinaddır. Ərəb köçəri tayfaları yay fəslində öz qoyun sürülərini bura gətirərdi. Bu kənd 1960-cı illərdə qurumuş kiçik bir gölün cənubunda yerləşirdi. Mürşidpınar adı bu günə kimi qərbdə yerləşən kənd və Türkiyədə yerləşən dəmiryol stansiyası üçün istifadə edilir.The district of Kobanî comprises about 170 villages: Gérard Chaliand, A People Without a Country: The Kurds and Kurdistan, 1993, p. 195. name of the station: Office International de Renseignements sur les Sauterelles de Damas, 1930, p. 43.

Bu iki kəndin hər ikisi də hal-hazırda Kobaninin bir parçasıdır. Eyn ül-Ərəb adı Suriya hökuməti tərəfindən ilk dəfə 1980-ci illərdə təqdim edilmişdir ki, bu da hökumətin geniş ərəbləşdirmə siyasətinin bir hissəsi idi.Kheder Khaddour, Kevin Mazur, The Struggle for Syria's Regions (MER269) "State policy Arabized this town's name in the 1980s to ‘Ayn al-‘Arab, meaning the "spring of the Arabs." The running joke among residents is that the town has neither Arabs nor a spring."

İstinadlar

Xarici keçidlər

— IMDb saytında. — kobani.net saytında.

Kateqoriya:Suriya şəhərləri Kateqoriya:Suriyada vətəndaş müharibəsi