Tırnıauz (Кабардинско-русский словарь. 20 000 слов / Под ред. Б. М. Карданова. М.: Государственное издательство иностранных и национальных словарей, 1957. С. 487., Суюнчев Х. И., Урусбиев И. Х. Русско-карачаево-балкарский словарь. Около 35 000 слов. М.: «Советская Энциклопедия», 1965. С. 744.) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir. Coğrafiya Şəhər respublikanın cənub-qərb hissəsində, Baksan çayının hər iki sahilində, Nalçik şəhərindən 90 km cənub-qərbdə və Elbrus dağından 40 km şimal-şərqdə yerləşir. Tırnıauz yolu Baksan çayı vadisi boyunca Baksan-Elbrus magistralı ilə Elbrus dağının ətəyinə gedir.
Şəhərin sahəsi - 61.80 km². Aşağıdakı şayış məntəqələri ilə həmsərhəddir: şimalda Bılım və cənubda Yuxarı Baksan.
Tarix Şəhər 1934-cü ildə Tırnıauz volfram-molibden yatağının kəşf edildiyi ərazidə Qirxojan kəndi kimi qurulmuşdur..
1937-ci ildə Baksan dərəsində ilk zavodların inşasına başlanılmışdır. Elə həmin il Qirxojan kəndi Aşağı Baksan adını alır və fəhlə qəsəbəsinə çevrilir.
1955-ci ildə Aşağı Baksan qəsəbəsi şəhər statusunu alır və Tırnıauz adlandırılır. 1963-cü ildə Tırnauz respublika tabeliyində olan bir şəhər statusu alır.
1994-cü ildə Tırnıauz regional tabeçiliyə verilir və yeni təşkil olunan Elbrus rayonunun inzibati mərkəzinə çevrilir.
SSRİ-nin dağılması və Tırnıauz molibden zavodunun bağlanması ilə sakinlərin sayı sürətlə azalmağa başladı. 1989-cu ildən 2002-ci ilədək siyahıyaalmalar zamanı şəhər əhalisinin üçdə birini itirdiyini göstərir. Şəhər əhalisinin sürətlə azalmasına 2000-ci ildə baş verən bir sıra selhadisələridə böyük təsir göstərmişdir.
Hal-hazırda şəhər əhalisi yavaş-yavaş azalmaqda davam edir. Şəhərin əvvəlki gücünü özünə qaytarmaqdan ötrü volfram-molibden zavodunun bərpası planlaşdırılır. Soldatskaya stansiyasından 95 km uzunluğunda dəmir yolu xəttinin inşası planı vardır.
Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 658-ci yerdədir. Əhalisinin sıxlığı — 331.93 nəf./km². Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %balkarlar 10 941 52,1 %ruslar 4 863 23,2 %kabardinlər 3 175 15,1 %tatarlar 333 1,6 %ləzgilər 212 1,0 %ukraynalılar 212 1,0 %digərləri 1 264 6,0 %ümumi 21 000 100,0 %
Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: Yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 3 785 18,0 % 15 — 59 yaş 14 465 68,9 % 60 yaşdan yuxarı 2 750 13,1 % ümumi 21000 100 %
Kişilər — 9 374 nəf. (44,6 %). Qadınlar — 11 626 nəf. (55,4 %).
Əhalinin orta yaşı — 36,1 yaş. Təhsil «Xüsusi Uşaq» Reabilitasiya Mərkəzi - Eneeva k., 11 1 nömrəli uşaq bağçası - Eneeva k., 12 4 nömrəli uşaq bağçası - Elbrus prospekti., 24 6 nömrəli uşaq bağçası - Elbrus prospekti., 80 10 nömrəli uşaq bağçası - Michurina k., 1 5 nömrəli gimnaziya - Baksanskaya k., 15 1 nömrəli lisey - Eneeva k., 27 2 nömrəli orta məktəb - Mir k., 11 3 nömrəli orta məktəb - Elbrus prospekti., 23 6 nömrəli orta məktəb - Zavodskaya k., 1 Səhiyyə Rayon xəstəxanası Rayon poliklinikası Rayon stomatoloji klinikası
Din İslam Mərkəzi şəhər məscidi
Pravoslavlıq Müqəddəs Qeorqe Pobedonos məbədi
Mənbə Тырныауз. Фоторепортаж Администрация городского поселения Тырныауз Совет местного самоуправления городского поселения Тырныауз Сайт жителей Тырныауза и Эльбрусского района Коды ОКАТО — Тырныауз Код ОКТМО
İstinadlar
Kateqoriya:Tırnıauz Kateqoriya:Rusiya şəhərləri