IELTS (abbr. International English Language Testing System; ) — ana dili ingilis dili olmayanlar üçün ingilis dilinin beynəlxalq standartlaşdırma testi.
Əhəmiyyəti ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri "İngilis dili xarici dil qismində" mənasını verən TOEFL-dur. Digəri isə "Beynəlxalq İngilis dili İmtahanı sistemi" anlamına gələn IELTS-dir. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-də 2 mindən çox universitet və kollec IELTS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, magistr və ya hər iki dərəcə üçün istəyə bilər. IELTS yazılı imtahandır. IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL "Başqa dildə danışanlar üçün İngilis dili" adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
IELTS imtahanı 4 mərhələdə keçirilir: Dinləmə, oxuma, yazma və danışma.
Dinləmə Dinləmə hər biri 10 sual olmaqla 4 hissədən (ümumilikdə 40 sualdan) ibarətdirIELTS Academic format: Listening. İstifadə tarixi: 29 mart 2026.. 1-ci hissədə iki şəxs gündəlik vəziyyət ilə bağlı, 2-ci hissədə bir şəxs hər hansı sosial məzmuna əsaslanan bir məsələ barəsində danışır. 3-cü hissədə 2 və ya daha artıq şəxs şəxs təhsil və ya təlim tipli mövzuda müzakirə aparır. 4-cü hissədə isə adətən bir şəxs akademik məsələ ilə bağlı mühazirə söyləyirIELTS Listening Test Sections. İstifadə tarixi: 29 mart 2026..
Oxuma 3 bölmə üzrə hər biri bir baldan hesablanan 40 sualdan ibarətdir və qiymətləndirmə 40 ballıq şkala üzrə hesablanır.IELTS Reading: FREE Practice, Tips & Techniques. İstifadə tarixi: 20 may 2026. Bu bölmədə müxtəlif sual tipi üzrə aşağıdakı bacarıqlar tələb olunur:
Ümumi mətnin, verilmiş abzasın və ya seçilmiş sözün əsas ideyasını anlamaq və fərqləndirmək;
Abzas və ya ümumi paraqraf üzrə başlıqların uyğunlaşdırılması; Dəqiqləşdirilməsi tələb oluna informasiyanı verilmiş mətnə əsasən "doğru", "yanlış" və ya "verilməyib" başlıqlarında biri ilə işarətləmək;IELTS Reading Question Types: Information & Tips. İstifadə tarixi: 20 may 2026. Müxtəlif informasiya, abzas və ya paraqraf tiplərini uyğunlaşdırmaq; Boşluqları doldurmaq və ya cümlələri tamamlamaq.
Yazma Yazma bölməsi hissə 1 və hissə 2 olmaqla iki bölmədən ibarətdir. Hissə 1-ə 20 dəqiqədən çox vaxt xərcləməmək tövsiyə olunur və bu zaman ərzində minimum 150 sözdən ibarət analiz xarakterli raport yazmaq tələb olunur.IELTS Writing Task 1 Tips, Model Answers & More. İstifadə tarixi: 19 iyun 2026. Analizi tələb olunan qrafik sütun, xətti, dairəvi, cədvəl, xəritə və ya bunların hər hansı kombinasiyası formasında ola bilər.
2-ci hissədə 40 dəqiqə həsr etmək tövsiyə olunur və buradan əldə olunan bal ümumi yazıdan gələn balın 2/3 hissəsini təşkil edir.IELTS Writing Task 2: Free Tips, Lessons, & Model Essays. İstifadə tarixi: 19 iyun 2026. Burada ən az 250 söz ilə verilmiş mövzu haqqında esse yazmaq tələb olunur. Esse növləri aşağıdakı kimidir:
Razıyam və ya razı deyiləm; Üstünlük və çatışmazlıqlar; Səbəb və həlli yolları; Birbaşa suallar; Rəy essesi; Müzakirə essesi.
Danışma Ana dili ingilis dili olan imtahan götürən şəxs imtahan verən şəxsdən üzbəüz imtahan götürür və ya videozəng ilə tərəflər əlaqələndirilir.IELTS Speaking: Free Lessons & Essential Tips. İstifadə tarixi: 1 aprel 2026. Danışma bölümü 3 hissədən ibarətdir: 1-ci hissə, 2-ci hissə və 3-cü hissə. 1-ci hissə salamlaşma, özünü təqdim etmə və gündəlik məsələlərdən (təhsil, iş, ailə, ev, maraqlar və s.) danışmağı əhatə edir. İkinci hissədə isə imtahan verən şəxs ona verilmiş mövzu üzrə qısa müddət ərzində hazırlaşır (təqribi 1 dəqiqə) və təqribi 2 dəqiqə ərzində bu mövzu haqqında mövzudan çıxmadan danışırIELTS Academic format: Speaking. İstifadə tarixi: 1 aprel 2026.. Üçüncü hissədə isə ikinci hissədə verilmiş mövzu ilə bağlı əlavə suallar verilir və müzakirə aparılır (4-5 dəqiqə)Free IELTS Speaking Test: Prepare with IELTS Speaking Topics and Templates for IELTS Speaking Part 1, 2, & 3. İstifadə tarixi: 1 aprel 2026..
Dəyərləndirmə IELTS imtahan qiyməti 1-9 arası müəyyən olunur. 9 (Ekspert): Dilə tamamən hakimdir, yerində və doğru istifadə ilə yanaşı axıcı bir danışma və tam anlama qabiliyyəti. 8 (Çox yaxşı): Dilə tamamən sahib olmaqla yanaşı sadəcə nadir tutarsızlıqlara sahibdir. Sıx qarşılaşmayan vəziyyətlərdə yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər. 7 (Yaxşı): Dilə hakim olmaqla bərabər bəzi sıxlıqlarda tutarsızlıqlar və yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər və ətraflı izahları anlayar. 6 (Bacarıqlı): Ümumi olaraq dilə hakim olmaqla bərabər bəzi tutarsızlıqlar və yanlış anlaşılmalar yaşanar. Tez-tez rast gəlinən vəziyyətlərdə qarışıq bir dil istifadə edə bilər. 5 (Məqbul): Dilə qismən hakimdir, çox vəziyyətdən baş çıxara bilsə də xətalar edər. Özlüyündə təməl biliklərə hakimdir. 4 (Sərhədli): Təməl biliklər sadəcə tanış şərtlər daxilində keçərlidir. Qarışıq vəziyyətlərdə tez-tez problemlər yaşayar. 3 (Çox sərhədli) Çox tanış məsələlərdə sadəcə ümumi vəziyyəti anlaya bilər və anlada bilər. 2 (Kəsintili): Sadəcə çox tanış məsələlərdə və sərhədli kəlmə qrupları xaricində həqiqi bir dialoq mümkün deyil. 1 (Dili bilmir): Bir-biri ilə əlaqəsi olmayan bir neçə söz xaricində dili istifadə edə bilmir. 0: İmtahanda iştirak etməyib və ya dolayısı ilə haqqında heç bir məlumat alınmayanlar üçün istifadə edilir.
Həmçinin bax TOEFL SAT
İstinadlar Kateqoriya:İngilis dili imtahanları Kateqoriya:1980-ci ildə tanıdılanlar
Xarici keçidlər
IELTS-nin rəsmi saytı TOEFL haqqında məlumat