Prikuban rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qafqaz qəsəbəsidir. Coğrafiyası Prikuban rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Rayonun ümumi sahəsi 946,29 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:cənubda Ust-Cequtinski rayonu, qərbdə Abazin, Adıge-Xabl rayonları və Çerkessk şəhər dairəsi, şərqdə və şimalda Stavropol diyarı. Kuban çayı boyunca yerləşən Drujba kənd yaşayış məntəqəsi rayonun əsas hissəsindən ayrılır. Tarixi 20 mart 1936-cı ildə Sulimovski rayonu (mərkəz Sulimov şəhəri) adı ilə təsis edilmişdir. 10 avqust 1937-ci ildə Yejovo-Çerkessk rayonu adlandırıldı (mərkəzi Yejovo-Cherkessk şəhəridir). 2 sentyabr 1939-cu ildə Çerkessk rayonu olaraq adlandırılır (mərkəzi Çerkessk şəhəridir). 20 avqust 1953-cü ildə rayon ləğv edilir. 15 sentyabr 1957-ci ildə isə yenidən bərpa edilir. 30 sentyabr 1958-ci ildə Prikuban rayonu olaraq adlandırılir.
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu).
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin; Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikuban və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
31 mart 1977-ci ildə rayon mərkəzi Qafqaz qəsəbəsi olur.
Əhali Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 3,12 % yaşayır.
Milli tərkib Xalq 2010 2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. )qaraçaylılar 19 983 (56,2 %) 22 094 (75,69 %)ruslar 6 576 (18,5 %) 5 172 (17,72 %)türklər 185 (0,5 %) 243 (0,83 %)ermənilər 260 (0,7 %) 224 (0,77 %)abazinlər 6 124 (17,2 %) 186 (0,64 %)çərkəzlər 783 (2,2 %) 183 (0,63 %)noqaylar 209 (0,6 %) 135 (0,46 %)çeçenlər 248 (0,7 %) 125 (0,43 %)ukraynalılar 183 (0,5 %) 113 (0,39 %)digər millətlər 996 (2,8 %) 716 (2,45 %) Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 2 952 2 840 5 792 19,74 % 15 — 59 yaş 9 539 10 087 19 626 66,88 % 60 yaşdan yuxarı 1 477 2 448 3 925 13,38 % ümumi 13 968 15 375 29 343 100,0 %
Kişilər — 13 968 nəf. (47,6 %). Qadınlar — 15 375 nəf. (52,4 %).
Əhalinin orta yaşı — 35,3 yaş. Kişilərin orta yaşı — 33,7 yaş. Qadınların orta yaşı — 36,9 yaş.
1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Prikuban rayonunda ruslar əhalinin 45,6 %, qaraçaylar - 32 %, abazinlər - 14.6 % təşkil etmişdir. Təhsil 2006-cı il tarixinə qədər Prikuban rayonunun təhsil sisteminə 20 orta ümumtəhdil məktəbi, 1 əsas orta ümumtəhsil məktəbi, 2 məktəbəqədər təhsil müəssisəsi daxil idi. Bu dövrdə təhsil müəssisələrində 4256 uşaq təhsil alırdı.
Mənbə Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов İstinadlar
Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1936-cı ildə yaranmış dövlətlər və ərazilər