Qaraçayevsk (, , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasında respublika tabeli şəhər. Qaraçay rayonunun inzibati mərkəzi (rayon ərazisinə daxil deyildir). Coğrafiyası Qaraçayevsk şəhəri üç çayın birləşdiyi yerdə: Kuban, Teberda və Marı, dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə yerləşir. Qaraçaevskin sahəsi 1184 ha-dır. Şəhərin iqlimi mülayimdir. Günəşli günlərin çox olması ilə xarakterizə olunur. Orta illik rütubət 70 %-dir. Şaxtasız dövr 175 gün davam edir. Küləklər və dumanlar nadir görülür. Orta illik temperatur +8 °C təşkil edir. Qış isti, az qar keçir. Qışda orta temperatur −2,2 °C-dir. Yayda güclü istilər müşahidə edilmir, orta temperatur + 16.9 °C təşkil edir. Payız isə isti, quru, günəşli və sakit keçir. Payızda orta temperatur +9 °C təşkil edir. Tarixi Dağlıq Qaraçayda şəhər quruculuğunun təşəbbüskarı Qaraçay-Çərkəz Muxtar Vilayəti Regional Şurasının İcraiyyə Komitəsinin sədri (1922-1926-cı illərdə rayon icra komitəsinə rəhbərlik etmişdir) Qurman Kurdciyev olmuşdur. Təşəbbüs bəzi məlumatlara görə Qaraçay kəndlərinin nümayəndələrindən olan ağsaqqallar şurası tərəfindən təsdiqlənmişdir. Sonra Qaraçay-Çərkəz MV-nin daxil olduğu Şimali Qafqaz diyarının icraiyyə komitəsinin birinci katibi Anastas Mikoyan tərəfindən dəstəklənmişdir (o, 1926-cı ilin avqustuna qədər diyara rəhbərlik etmişdir). Yeni şəhərin təməlində ilk atılan ilk daş guya 1926-cı ildə indiki şəhər xəstəxanasının yerləşdiyi ərazidə olmuşdur.
1926-cı ilin aprelində qaraçay-Çərkəz MV-dən Qaraçayev Muxtar Vilayətinin ayrılması nəticəsində yeni şəhər regional mərkəzinə çevrilməli idi. 17 dekabr 1926-cı il siyahıyaalınmasına əsasən, mərkəzinin inşasında 117 ailədə 157 nəfər (116 kişi və 41 qadın) yaşayırdı, onlardan 120 nəfəri rus (76.4%), 8 nəfər alman (5.1%), 8 nəfər ukraynalı (5.1%), 21 nəfər isə digər millətlərin (13.4%) nümayəndələri olmuşdur. Tikinti sahəsi inzibati cəhətdən Kamennomost Kənd Sovetliyinə daxil ərazi olmuşdur.
Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 644-ci yerdədir. Əhalisinin sıxlığı — 1777,62 nəf./km². Milli tərkib 2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdirДанные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ): xalqsay, nəf. ümumi əhaliyə olan nisbət, % qaraçaylılar 16 077 72,7 %ruslar 3 610 16,3 %osetinlər 658 3,0 %çərkəzlər 299 1,4 %noqaylar 239 1,1 %tatarlar 209 0,9 %ermənilər 152 0,7 %abazinlər 144 0,7 %ukraynalılar 130 0,6 %digərləri 595 2,7 %ümumi 22 113 100 % 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: xalqsay, nəf. ümumi əhaliyə olan nisbət, % qaraçaylılar 17 546 81,67 %ruslar 2 434 11,33 %osetinlər 386 1,80 %çərkəzlər 179 0,83 %tatarlar 163 0,76 %ukraynalılar 102 0,47 %ermənilər 95 0,44 %digərləri 495 2,30 %bildirməyənlər 83 0,39 %ümumi 21 483 100 %
Qalereya
İstinadlar
Kateqoriya:Qaraçay-Çerkesiya Respublikasının yaşayış məntəqələri Kateqoriya:Qaraçayevsk