Solmaz Qaragen qızı Orlinskaya (əsl adı və qızlıq soyadı: Nina Qareginovna Basmaçyan; ) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1955).

Həyatı Solmaz Orlinskaya -cı il sentyabrın 25-də Yelizavetpolda (hazırkı Gəncə) dünyaya gəlib. Əsl adı Nina olan aktrisasın qızlıq soyadı Basmaçyan olub. Aktrisanın atası milliyyətcə yunan olub. Onun adı bəzi proqramlarda "Nona" kimi də yazılıb. Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramında Solmaz rolununun ifasında fərqləndiyinə görə özünə bu adı səhnə təxəllüsü olaraq götürüb. Aktrisa beş sinif təhsil alıb.

İlk dəfə səhnəyə 15 yaşında Gəncə Dəmiryolçular klubunun dram dərnəyində çıxan aktrisa burada, Qadınlar klubunda, 1924-cü ildə Şamaxı şəhər dram dərnəyində müxtəlif rollar oynayıb. 1924–1933-cü illərdə M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1933-cü ildə Gəncə Dövlət Dram Teatrının truppasına daxil olub və ömrünün sonuna kimi burada yaradıcılıq fəaliyyəti göstərib.

Solmaz Orlinskaya 1941-ci ildən Sov. İKP üzvü olub. O, 17 iyun 1973-cü ildə Kirovabadda vəfat edib.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 aprel 1955 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 20 may 1958

İfa etdiyi əsas rollar

"Sevil", Cəfər Cabbarlı — Sevil "Aydın", Cəfər Cabbarlı — Gültəkin və Böyükxanım "Almaz", Cəfər Cabbarlı — Almaz, Xanımnaz və Yaxşı "1905-ci ildə", Cəfər Cabbarlı — Sona, Mariya Timofeyevna və Nabat "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Firəngiz "Toy", Sabit Rəhman — Ziynət "Xoşbəxtlər", Sabit Rəhman — İnci "Aydınlıq", Sabit Rəhman — Fəridə "Nişanlı qız", Sabit Rəhman — Qəmər "Əliqulu evlənir", Sabit Rəhman — Yasəmən "Ölülər", Cəlil Məmmədquluzadə — Kərbəlayi Fatmanisə "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Səlimə "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev — Sona xanım "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Səadət xanım "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov — Cəvahir "Hacı Fərəc", Nəcəf bəy Vəzirov — Ziynət xanım "Səyavuş", Hüseyn Cavid — Rübabə "Şeyx Sənan", Hüseyn Cavid — Xumar "Xanlar", Səməd Vurğun — Mehriban "Vaqif", Səməd Vurğun — Xuraman "Fərhad və Şirin", Səməd Vurğun — Şirin "Eşq və intiqam", Süleyman Sani Axundov — Həcər xanım "Həyat", Mirzə İbrahimov — Həyat "Məhəbbət", Mirzə İbrahimov — Məhəbbət "Vəfa", Rəsul Rza — ''Vəfa

İstinadlar

Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Azərbaycan aktrisaları