Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Geniş mənada isə, gürcü-abxaz münaqişəsini Sovet İttifaqının 1991-ci ildə dağılması ilə 20-ci əsrin sonlarında şiddətlənmiş, Qafqaz bölgəsindəki geosiyasi qarşıdurmanın bir hissəsi kimi görmək olar.
Bu münaqişə postsovet məkanının ən qanlı münaqişələrindən biri kimi bu gün də həll olunmamış qalır. Gürcüstan hökuməti bir neçə dəfə Abxaziyaya əsaslı muxtariyyət təklif etmişdir. Ancaq həm Abxaz hökuməti, həm də Abxaziyadakı müxalifət Gürcüstanla hər cür birləşmədən imtina edir. Abxazlar öz müstəqilliklərini Gürcüstandakı azadlıq müharibəsinin nəticəsi kimi qiymətləndirir, gürcülər isə inanırlar ki, tarixən Abxaziya həmişə Gürcüstanın bir hissəsini təşkil etmişdir. Gürcülər müharibədən əvvəl, 1989-cu ildəki 45.7% çoxluq ilə Abxaziyada ən böyük etnik qrup sayılsalar da, 2014-cü ilə qədər Gürcüstanın müstəqil qalmağını istəyən gürcülərin böyük əksəriyyəti Abxaziyanı tərk etdi. Bir çoxları Eduard Şevardnadze hökumətini (1992-2003-cü illərdə) nəticəsi olmayan hərbi əməliyyatlara başlamaqda, müharibə və müharibədən sonrakı diplomatiyanın düzgün idarə etməməkdə ittiham edirlər. Müharibə dövründə abxaz seperatçılar 250.000-ə qədər etnik gürcünün qovulmasına və 4000-dən 15000-ə qədərUS State Department, Country Reports on Human Rights Practices for 1993, Abkhazia caseChervonnaia, Svetlana Mikhailovna. Conflict in the Caucasus: Georgia, Abkhazia, and the Russian Shadow. Gothic Image Publications, 1994. adamın öldürülməsinə səbəb olan etnik təmizləmə kampaniyasını həyata keçirmişdilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Lissabon, Budapeşt və İstanbul konvensiyaları BMT Baş Məclisinin GA / 10708 qətnaməsində də qeyd edilmiş gürcülərin etnik təmizlənməsiniResolution of the OSCE Budapest Summit , Organization for Security and Co-operation in Europe, 6 December 1994 rəsmi olaraq tanımışdı. BMT Təhlükəsizlik Şurasıatəşkə müraciət etdiyi bir sıra qətnamələr qəbul etmişdir.
Hadisələrin gedişatı
Sovet dövrü Həm Abxaziya, həm də Gürcüstan XIX əsrdə Rusiya İmperiyasının tərkibinə qatıldılar və 1917-ci il Rusiya inqilablarına qədər onun bir hissəsi olaraq qaldılar. Gürcüstan əvvəlcə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulub, sonradan Gürcüstan Demokratik Respublikası (GDR) olaraq müstəqilliyini əldə etdiyi müddətdə, 1918-ci ildə Abxaziya DRG-yə qoşulmadan əvvəl bir qrup bolşevik tərəfindən idarə olunmağa başlanmışdı. Bununla belə, Abxaziyanın Gürcüstan içindəki statusu heç vaxt dəqiqləşməmişdi. 1921-ci ildə Qızıl Ordu Abxaziya və Gürcüstana hücum edərək, onları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına daxil etdi. Əvvəlcə müstəqil Sovet respublikası kimi Abxaziya SSR (Abxaziya Sovet Sosialist Respublikası) yaradıldı. Respublika müqavilə ilə Gürcüstan Sovet Sosialist Respublikası ilə birləşsə də, 1931-ci ildə Gürcüstan SSR-in tərkibində muxtar respublikaya çevrildi.
Sovet dövründə abxazlar yarım müstəqil statuslarının bərpa edilməsini tələb etdilər. Bunu dəstəkləyən nümayişlər 1931-ci ildə Abxaziya SSR-nin ləğv edilməsindən dərhal sonra baş tutdu və 1957, 1967, 1978 və 1989-cu illərdə yenidən təkrarlandı. 1978-ci ildə abxaz ziyalılarından 130 nümayəndə Sovet rəhbərliyinə Abxaziyanın gürcüləşdirilməsiylə bağlı etiraz məktubu yazdılar.
Abxaziyada müharibə
Abxaziyada yeni münaqişə 1992-ci ilin avqustunda başlayıb 13 ay davam edən müharibəylə alovlandı. Müharibə Gürcüstan hökumət qüvvələri və Abxaziyada yaşayan etnik gürcülərdən ibarət milis qüvvələri ilə Abxaziyada yaşayan, Rusiya dəstəkli etnik abxaz, erməni və ruslardan ibarət milis dəstələri arasında gedirdi. Separatçılara Şimali Qafqaz və kazak silahlıları və (qeyri-rəsmi olaraq) Qudautada yerləşən rus qüvvələri tərəfindən dəstək verildi. Münaqişə Soçidə hərbi əməliyyatların dayandırılması barədə razılıqla nəticələndi, lakin bu çox uzun müddət davam etmədi.
Müharibənin yenidən başlaması
1998-ci ilin aprel-may aylarında Qali rayonunda bir neçə yüz abxaz qüvvəsi separatçı parlament seçkilərini dəstəkləmək üçün gürcülərin məskunlaşdığı kəndlərə girəndə münaqişə yenidən qızışdı. Müxalifətin tənqidlərinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Abxaziyaya qoşun yeritməkdən imtina etdi. Mayın 20-də atəşkəs barədə danışıqlar aparıldı. Hücumlar hər iki tərəfdən yüzlərlə insan itkisi və əlavə 20 min gürcünün Abxaziyadan qovulması ilə nəticələndi.
2001-ci ilin sentyabr ayında Kodori dərəsində 400-ə yaxın çeçen döyüşçüsü və 80 gürcü partizan son dərəcə mübahisəli şəraitdə ortaya çıxdı. Çeçen-gürcü qoşunları Suxumiyə qədər irəlilədilər, lakin nəhayət Abxaz və Qudauta dəstəkli rus sülhməramlıları tərəfindən dəf edildilər.
Saakaşvili dövrü Gürcüstan prezidenti Mixail Saakaşvilinin yeni hökuməti güc tətbiq etməyəcəyinə və problemi yalnız diplomatiya və siyasi danışıqlar yolu ilə həll edəcəyinə söz verdi.Abkhazia Today. The International Crisis Group Europe Report N°176, 15 September 2006, page 10. Retrieved on May 30, 2007. Free registration needed to view full reportright|250px|thumb|Abxaziyanın şərqində yerləşən Kodori dərəsiMüstəqil Dövlətlər Birliyi (MDB) sammitində separatçılarla hər hansı bir əlaqənin istisna edilməsi qərara alındı; Abxaziya ilə Rusiya arasındakı transsərhəd iqtisadi əməkdaşlığı və nəqliyyatı geniş miqyasda böyüyürdü, lakin Rusiya bütün bunların dövlətdən daha çox, özəl biznes məsələsi olduğunu iddia edirdi. Gürcüstan, həmçinin, Rusiyanın bölgədəki (Abxaziya) əhaliyə limitsiz rus pasportlarını və seperatçı sayıla biləcək qüvvələrə maddi dəstək verməsini qınayırdı.
2006-cı ilin may ayında Gürcüstan hökuməti və abxaz separatçılarının Koordinasiya Şurası 2001-ci ildən bəri ilk dəfə toplandı."UN Representative Says Abkhazia Dialogue Is Positive" 2006-cı ilin iyul ayının sonlarında Kodori böhranı baş verdi, nəticədə Kodoridə Abxaziya de-yure Hökuməti quruldu. Müharibədən sonra ilk dəfə bu hökumət Abxaziyada yerləşir və Malxaz Akişbaya, Temur Mjaviya və Ada Marşaniya tərəfindən idarə olunurdu. Tbilisi-Based Abkhaz Government Moves to Kodori, Civil Georgia, July 27, 2006. Retrieved 2007-07-28.
Hal-hazırda, Abxaziya tərəfi bu qarşıdurmada dəymiş ziyana görə Gürcüstan hökumətindən ABŞ valyutası ilə 13 milyard dollar kompensasiya tələb edir. Gürcüstan tərəfi dəymiş ziyanı və tələbi qəbul etmir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıbütün qaçqınların ("etnik təmizləmə" qurbanları daxil olmaqla) Abxaziyaya qayıtmaq və mülkiyyət hüquqlarını tanıyan qətnamə qəbul etdi. Qətnamədə müharibədən əvvəlki demoqrafik tərkibi dəyişdirmək cəhdlərindən "təəssüf" hissi keçirildiyi və "bütün qaçqın və məcburi köçkünlərin evlərinə tez bir zamanda könüllü qayıtmasını təmin etmək üçün bir cədvəlin sürətli inkişafı"nın tələbi bildirildi.GENERAL ASSEMBLY ADOPTS RESOLUTION RECOGNIZING RIGHT OF RETURN BY REFUGEES, INTERNALLY DISPLACED PERSONS TO ABKHAZIA, GEORGIA , 15.05.2008
9 iyul 2012-ci ildə ATƏT Parlament Assambleyası Monakoda illik iclasında Gürcüstanın ərazi bütövlüyünü vurğulayan və separatçı Abxaziya və Cənubi Osetiyanı "işğal olunmuş ərazilər" adlandıran bir qətnamə qəbul etdi. Qətnamə "Rusiya Federasiyası Hökumətini və Parlamentini, habelə Abxaziya, Gürcüstan və Cənubi Osetiya, Gürcüstanın faktiki hakimiyyət orqanlarını Avropa Birliyinin Monitorinq Missiyasının işğal olunmuş ərazilərə maneəsiz girməsinə icazə verməyə çağırır." ATƏT Parlament Assambleyası vurğulayır ki, "Gürcüstanın işğal olunmuş ərazilərindəki məcburi köçkünlərin humanitar vəziyyətindən və yaşadıqları yerlərə qayıtmaq hüququnun rədd edilməsindən narahatdır".
Avqust 2008
10 Avqust 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Abxaziyaya yayıldı, burada separatçı üsyançılar və Rusiya hava qüvvələri gürcü qüvvələrinə genişmiqyaslı hücumlar etdi. Abxaziyanın Moskva tərəfdarı separatçı prezidenti Sergey Baqapş abxaz qoşunlarının gürcü qoşunlarının hələ də nəzarət etdikləri Kodori dərəsindən çıxartmaq üçün böyük bir "hərbi əməliyyat" başlatdıqlarını söylədi. Bu hücum nəticəsində gürcü qoşunları tamamilə Abxaziyadan qovuldu.
26 Avqust 2008-ci ildə Rusiya Federasiyası həm Cənubi Osetiya, həm də Abxaziyanı müstəqil dövlət olaraq rəsmi olaraq tanıdı.
Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasına cavab olaraq, Gürcüstan hökuməti ölkənin Rusiya ilə bütün diplomatik əlaqələrini kəsdiyini və Müstəqil Dövlətlər Birliyini tərk etdiyini açıqladı."Georgia breaks ties with Russia" BBC News. Accessed on August 29, 2008.
Müharibədən sonra Müharibədən sonra Gürcüstan və Abxaziya arasında münasibətlər gərgin olaraq qaldı. Gürcüstan Abxaziyaya dəniz mühasirəsi tətbiq etməklə Abxaziyanın təcridini artırmaq üçün hərəkətə keçdi. Gürcüstan Prezidenti Mixail Saakaşvili 2009-cu ilin noyabrında Kiyevdə (Ukrayna) Gürcüstan səfirliyinin yeni binasının açılış mərasimində Cənubi Osetiya və Abxaziya sakinlərinin də binanın imkanlarından istifadə edə biləcəyini bildirmişdi: "Sizi, əziz dostlarımızı əmin etmək istəyirəm ki, bu da sizin evinizdir və burada daima dəstək və anlayış tapacaqsınız ".Yuschenko, Saakashvili open new building of Georgian Embassy in Kyiv , Interfax-Ukraine (November 19, 2009)
Həmçinin bax Gürcü-osetin münaqişəsi Abxaziyada gürcülərə qarşı etnik təmizləmə Suxumi qırğını
İstinadlar
Mənbə
Əlavə ədəbiyyat Andersen, Andrew. "Russia Versus Georgia: One Undeclared War in the Caucasus." Blair, Heather "Ethnic Conflict as a Tool of Outside Influence: An Examination of Abkhazia and Kosovo.", 2007 Goltz, Thomas. "Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet Caucasus".M.E. Sharpe (2006). Lynch, Dov. The Conflict in Abkhazia: Dilemmas in Russian 'Peacekeeping' Policy. Royal Institute of International Affairs, February 1998. MacFarlane, S., N., “On the front lines in the near abroad: the CIS and the OSCE in Georgia’ s civil wars", Third World Quarterly, Vol 18, No 3, pp 509– 525, 1997. Marshania, L., Tragedy of Abkhazia, Moscow, 1996 McCallion, Amy Abkhazian Separatism Steele, Jon. "War Junkie: One Man`s Addiction to the Worst Places on Earth" Corgi (2002). White Book of Abkhazia. 1992–1993 Documents, Materials, Evidences. Moscow, 1993.
Xarici keçidlər Accord issue on the Georgia Abkhazia peace process also includes chronology and key texts & agreements. &
Documented accounts of ethnic cleansing of Abkhazians by Georgians Government of Abkhazia (-in-exile)
Kateqoriya:Gürcü-abxaz münaqişəsi Kateqoriya:2000-ci illərdə Gürcüstan Kateqoriya:Gürcüstanın müharibələri Kateqoriya:Abxaziyada gürcülərə qarşı etnik təmizləmə Kateqoriya:Gürcüstan–Rusiya münasibətləri Kateqoriya:XX əsrdə Gürcüstan Kateqoriya:XXI əsrdə Gürcüstan Kateqoriya:1990-cı illərdə Gürcüstan Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:2010-cu illərdə Gürcüstan Kateqoriya:Abxaziya tarixi Kateqoriya:Gürcüstanın ərazi mübahisələri Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:1989-cu ildə Gürcüstan Kateqoriya:2022-ci ildəki münaqişələr