Qulam Murtaza Syed () — Q. M. Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci ildə Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci ildə Karaçidə ev dustağı olduğu vaxt vəfat edib.

Haqqında

Uşaqlığı: 1904–1915-ci illər Sayed 17 yanvar, 1904-cü ildə Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci ildə öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi. Ona ev şəraitində fars və ingilis dillərini tədris edirlər.Jī. Em Sayyidu (1995). The Case of Sindh: G. M. Sayed's Deposition for the Court. Naeen Sindh Academy. p. 4–10. Retrieved 24 may 2018.Khadim Hussain Soomro (2004). The Path Not Taken: G. M. Sayed : Vision and Valour in Politics. Sain Publishers. p. 10. Retrieved 24 may 2018.

Gənclik illəri: 1920–1924-cü illər Qulam Murtaza Syed öz siyasi fəaliyyətinə Xilafət Hərəkatında iştirak etməklə başlamışdı. O 1920-ci ilin 7–9 fevralında Larkanda keçirilən Xilafət Konfransında ilk dəfə iştirak etmişdir. Onu Əbül Kəlam Azad, Abdül Bari Firəngi Mahali, Mövlanə Şövkət Əli və Şeyx Əbdül Məcid Sindlinnin çıxışları ilhamlandırmışdır. O 17 mart 1920-ci ildə doğma şəhəri Sannda növbəti Xilafət Konfransını çağırmışdır. Onun doğma şəhəri Sannda bu konfransdan iki gün sonra 20 mart, 1920-ci ildə müttəfiq dövlətlərin Osmanlı Xəlifəsinə ədalətsizliyinə qarşı etiraz əlaməti olaraq tətillə müşayiət olunmuşdu. O Xilafət hərəkatının bütün mərhələlərində fəal olmuşdur. O, 26 mart 1920-ci ildə Mahdum Bilaval mavzoleyində təşkil edilən Xilafət konfransında ən gənc natiq kimi çıxış etmişdir. O 27 aprel 1921-ci ildə Mahatma Qandi ilə Sannın dəmiryol stansiyasında qarşılaşmışdır. O 1924-cü ildə iki illik məhkəmə prosesindən sonra öz mülklərini geri almışdır.

Həyatının qısa xülasəsi 14 yaşında Syed siyasi fəal kimi fəaliyyətinə başlamışdır. 1919-cu ildə öz təhsilində (inzibati bölgü) Məktəb Şurasının sədri olub. Daha sonra o bu qurumun prezidenti olub. 1929-cu ildə Karaçi yerli idarəçiliyinin prezidenti seçilib. 1930-cu ildə Sind Hari (Kəndlilər) Konfransını təşkil edib onun katibi olub. 1937-ci ildə Sind Qanunverici Məclisinə ilk dəfə üzv seçilir. 1938-ci ildə Ümumhindistan Müsəlman Liqasına qoşulur və 1940-cı ildə Sinddə Təhsil naziri oldu. 1941-ci ildə Müsəlman Liqasının Mərkəzi Komitəsinin üzvlərindən biri olub. 1943-cü ildə Sind Müsəlman Liqasının prezidenti olub. 1946-cı ildə şərtlər onu Müsəlman liqasından ayrılmağa və Proqressiv Müsəlman Liqası adı altında yeni partiyanı yaratmağa məcbur etdi. Həmin ildə də o Sind Məclisinin Koalisiya partiyasının lideri seçildi. 1954-cü ildə Sindi Ədəbi idarəçiliyinin sədri vəzifəsini icra etməyə başladı. 1955-ci ildə Pakistan Milli Partiyasının formalaşmasında fəal rol oynamışdır. 1966-cı ildə Bəzm-e Sufiya-ye Sindin əsasını qoyub. 1969-cu ildə Sind Birləşmiş Cəbhəni formalaşdırdı. 1972-ci ildə Jeay Sind Qaumi Mahazı partiyasını təşkil edir.

Əsərləri Syed 60-dan çox kitabın müəllifidir. O əsərlərini əsasən sind dilində qələmə almışdır. Əsərləri içərisində ingilis və urdu dilində yazılan əsərlər də var.Muhammad Soaleh Korejo, G. M. Syed: An Analysis of His Political Perspectives, Oxford University Press (2000), p. 2 Onun əsərləri bir çox sahələrə həsr edilib — ədəbiyyatdan siyasətə, din və mədəniyyətə qədər geniş tədqiqat sahəsi var. Dərin biliyi sayəsində holland İslam alimi Oskar Verkaaikom tərəfindən bir çox münasibətlərdə inanılmaz dərəcədə məhsuldar, orijinal və əhəmiyyətli dərəcədə avtodidaktik intellektual sahibi kimi təsvir olunmuşdur. Oskar Verkaaikoma görə, "o, 19-cu əsər islam islahatı, darvinin təkamül nəzəriyyəsi, 18-ci əsr sind poeziyası, marksizm, klassik sufizm, alman idealizmi və bir çox məsələlərdə öz şəxsi islam interpretasiyasını yaratmışdır". Onun ən məşhur əsərlərinə aşağıdakılar aiddir:

Janam Guzarium Jin Sein (Sind dilində) Dayar Dil Dastan-e- Muhabt (Sind dilində) Sindh Ja Soorma (Sind dilində) Sind danışır (ingiliscə) Yeni Sind üçün mübarizə (ingiliscə) Din və reallıq (ingiliscə) Şah Lətifin məktubu (ingiliscə) Zəncirlərdə bir millət (ingiliscə)

Həmçinin bax Pakistan tarixi Sind milliyyətçiliyi

İstinadlar

Kateqoriya:İslam filosofları