Mari Lafore (, əsl adı Maytena Mari Bricitt Dumenak [Dumenaş], , (, əsl adı Maytena Mari Bricnach; 5 oktyabr 1939, , Jironda, Fransa — 2 noyabr 2019, Jenolye, İsveçrə) — fransız-İsveçrə müğənnisi və aktrisası.

Həyatı Əsl adı Maytena Mari Bricitt Dumenakl olan, amma Mari Lafore adı ilə məşhurlaşan ulduz 1939-cu ildə Fransada doğulub. Onun karyerası təsadüfən başlayıb. 19 yaşında radioda xəstələnmiş bacısını əvəz edən zaman mahnı müsabiqəsində qalib gəlib. Artıq bir neçə ildən sonra böyük uğur qazanıb.

1960-cı ildə Alen Delonla bir yerdə “Qızmar günəşdə” filmində çəkilib. Bu rol ona populyarlıq və 60-cı illərdə xeyli rol gətirib.

1963-cü ildə oxuduğu “Les vendanges de l amour” mahnısı isə onu müğənni kimi populyarlaşdırıb. Onun ən məşhur mahnıları arasında “Mon amour, mon ami”, “Viens, viens”, “Ivan, Boris et moi”, “Manchester et Liverpool”un adlarını çəkmək olar.

Mari Lafore 1978-ci ildə İsveçrənin Cenevrə şəhərinə köçdü. Az sonra İsveçrə vətəndaşlığını qəbul etdi.

Filmoqrafiya

Qızmar günəş (film, 1960)

İstinadlar

Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Fransa müğənniləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları