thumb|300px|Müstəqil Tartariya (sarı) və Çin Tartariyası (bənövşəyi). 1806 ilin xəritəsi Tartariya (, , , ) və ya Böyük Tartariya () — coğrafi ifadə şəkildə XIII əsrdən XIX əsrədək işlənilən qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə.
Tarix
Tartariya ifadəsinin ən erkən bəlli istifadəsi Navarradan səyahətçi, Tudelalı Benyaminə aiddir. O, Türkistan və tanqutların tərəfində, Moğulistanın şimalında yerləşən Tibetin Tartariya vilayətindən yazırdı.Connell, Charles W. Western Views of the Origin of the ‘Tartars’: An Example of the Influence of Myth in the Second Half of the Thirteenth Century // The Spiritual Expansion of Medieval Latin Christendom: The Asian Missions / James D. Ryan (ed.). — L., N.Y.: Routledge, 2016. — P. 103—125. — ISBN 9780754659570. pp. 107-109Gorshenina, Svetlana. L'invention de l'Asie centrale: histoire du concept de la Tartarie à l'Eurasie. — Droz, 2014. — 702 p. — ISBN 9782600017886. p. 106-107
XVIII əsrdən əvvəl Avropada Mancuriya, Sibir və Mərkəzi Asiya haqqında bilgi hüdudlu idi. Bütün bu ərazi sadəcə Tartariya kimi tanınırdı və onun sakinləri tartarlar adlanırdılar. doi:10.2307/2658945 p. 625 Erkən müasir dövrdə coğrafiyanın dərketməsi artıranda, Avropalılar Tartariyanın hissələrini onları idarə edən güclərin adlarını bu sözə əlavə edərək ayrı bölgələrə bölməyə başlayıblar. Beləliklə, Sibir Böyük Tartariya və ya Rusiya Tartariyası, Krım xanlığı Kiçik Tartariya, Mancuriya Çin Tartariyası, qərbi Mərkəzi Asiya isə (Rusiya Mərkəzi Asiya almağından əvvəl) Müstəqil Tartariya olmuşdu.Ibid., 626, p. 88Sela, Ron. "SVETLANA GORSHENINA. L’invention de l’Asie centrale: Histoire du concept de la Tartarie a` l’Eurasie. (Rayon histoire de la librairie Droz, no. 4.) Geneva: Droz, 2014. Pp. 702. $73.20." American Historical Review 2016 (April 2016): 542–43. doi:10.1353/imp.2015.0005., 542
Tartarlar sözü altında müxtəlif türk və monqol xalqları nəzərdə tutulurdu. Bu söz Çingizlilərin qərbə yürüşləri ilə bağlıdır. Beləliklə, Avropalılar tatar etnonimə əlavə r hərfi əlavə edib, onları yunan mifologiyasında cəhənnəm kimi tartar anlıyışı ilə bağlayıblar.Elliott, Op. Cit., 626
Avropalı coğrafiyaçıların bölgə haqqında bilgisi artırması ilə, Tartariya sözünün istifadəsi azalmağa başlayıb. Amma, o hələ də XIX əsrdə uzun müddət ərzində istifadə olunurdu.Wolff, Larry. "The Global Perspective of Enlightened Travelers: Philosophic Geography from Siberia to the Pacific Ocean." European Review of History: Revue Europeenne Dhistoire 13, no. 3 (September 2006): 437–53. doi:10.1080/13507480600893148, p.448 Çindən yezuit missionerləri gətirdiyi etnoqrafik məlumata görə, erkən XVII əsrdə Avropa coğrafiyasında Çin Tartariyası ifadəsi Mancuriya ifadəsi ilə əvəzlənmişdi. Yeqor Meyendorf və Aleksandr fon Humboldt regiona səyahətləri erkən XIX əsrdə Mərkəzi Asiya və onun hissəsi olan İç Asiya anlayışlarının,Sela, Op. Cit, 543 Rusiyanın şərqə ekspansiyası isə onun Asiya hissəsi üçün Sibir anlayışının istifadəsinin işlənməsinə gəlib çıxarıb.Vermeulen, Op. Cit., 89
Rus mənbələridə
Qorşeninanın fikrinə görə, Rusiyada mövcud olan nəzəri baxış, Tatariyanı özünə qarşı olan, uzaq, sirli və təhlükəli bir diqəri kimi görən Avropa sivilizasiyasından fərqli idi. Onlar bu anlayışın altında Asiyanı ümumilikdə başa düşmürdülər.Gorshenina, p. 200 p. 583 Məsələn, rus alimi, İvan Kirilov hazırladığı Atlas (1724—1734), rus mənbələrinin təsiri altında olan İsveçli fon Stralenberqın (1730) Böyük Tatariyanın yeni coğrafi təsviri və holland xəritəşisi Abraham Maasın (1735) Xəzər dənizinin və Özbək torpaqlarının bölgələrinin yeni xəritəsi kimi mənbələrində bu fərqləri görmək olar.Gorshenina, p. 229-230
İncəsənətdə təsvirləri
Vladimir Nabokovun Ada romanıda. Cefri Çoserin Kenterberi hekayələrindən birində. Conatan Sviftin Qulliverin səyahəti romanıda "böyük Tartariya qütbü" qeyd olunur. Laymen Frenk Baumın Santa Klausun həyatı və macəraları kitabında.
İstinadlar
Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Mancuriya Kateqoriya:Mərkəzi Asiya Kateqoriya:Sibir Kateqoriya:Keçmiş yerlər Kateqoriya:Asiya tarixi Kateqoriya:Avropa regionları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Psevdotarix Kateqoriya:Monqolustan coğrafiyası Kateqoriya:Monqol dövlətləri Kateqoriya:Coğrafiya tarixi Kateqoriya:Kartoqrafiya