Mamoru Hosoda () — yapon anime rejissoru, ssenari müəllifi və animasiyaçı.
Həyatı
Hosoda Yaponiyanın Toyama prefekturasında yerləşən Nakaniikava rayonun Kamiiçi qəsəbəsində anadan olub. Atası dəmiryol mühəndisi, anası isə dərzi kimi işləyirdi. Hosodanın animasiyaçı olmağa Hayao Miyadzakinin birinci animesi olan The Castle of Cagliostro baxmağından sonra ilhamlanmıb. O, İşikava prefekrturasında Kanadzava İncəsənət Kollecinin yağ rəssamlığı öyrənirdi.
Məzunluğundan sonra, Hosoda Toei Animation studiyasına boş vaxtında yaratdığı qısa anime göndərib, orda animasiyaçı kimi işə qəbul olundu. O, əvvəl Studio Ghibli-yə müraciət edib, orda iş ala bilməyib, amma Hayao Miyadzakinin özündən tərənnümlü imtina məktubu almış.
Toei Animation studiyasında, erkən 2000-ci illərində işləyərkən, o Digimon Adventure seriyasının ilk iki tammetrajlı anime üzərində işləyərək, ictimai diqqəti özünə cəlb etdi. Beləliklə, onun Digimon: The Movie üzərində rejissor rolu Studio Ghibli-nin baş prodüseri Toşio Sudzukinin diqqətini cəlb edib.
2001-ci ilin sentyabrında Studio Ghibli elan edib ki, Hosoda Haulun yeriyən qəsri animesinin rejissoru olacaq. Onun buraxılış tarixi 2003-cü ilinə müəyyən olunmuşdu. Halbuki, bu animenin istehsalı yaradıcı fəqlərinə görə gərginləşib. Hasoda bunu izah edib: Mənə [animeni] Miyadzaki onu necə eləsəydi, elə eləməyə deyilib, fəqət mən öz animeni özüm istədiyim kimi eləmək istəyirdim. Beləliklə, o, istehsalın erkən mərhələlərdə Studio Ghibli rəislərin tərəfindən qəbul edilə bilən konsepsiyanı yarada bilməyib,FAQ - Howl's Moving Castle . The Hayao MIYAZAKI Web. Retrieved 2011-12-13. Hosoda oranı 2002-ci ilin yayında tərk etmişdi.
Bundan sonra Toei Animation studiyasına qayıdan Hosoda, rəssam Takaşi Murakami ilə birlikdə, bir sıra animasiya, o cümlədə, Louis Vuitton üçün Superflat Monogram reklamı üzərində işləmiş. Eyni zamanda, o, Studio Ghibli-də keçirtdiyi coşqun müddətindən ilhamlanaraq, Ojamajo Doremi anime serialın bir seriyası üçün rejissorluq eləmiş. Bunun nəticəsində, onu Madhouse studiyası işə almış.
Madhouse studiyasında işləyərək, Hosoda 2006-cı ildə rejissorluk elədiyi The Girl Who Leapt Through Time animesi üçün 2007 Yaponiya Film Akademiyasının İlin Animasiyası mükafatını alıb; və 2009-cu ildə rejissorluk elədiyi Summer Wars animesi üçün 2010-cu ilin həmin mükafatını yenə alıb.
2011-ci ildə, Hosoda The Girl Who Leapt Through Time və Summer Wars animelərin prodüseri olan Yuçiro Saito ilə Madhouse studiyasından çıxıb və onnan Studio Chizu yaradıb. Studio Chizu artıq Hosoda rejissorluğu altında üç anime istehsal edib.Official website . Retrieved 2011-12-13."Summer Wars' Mamoru Hosoda Creates Anime Film for July" . Anime News Network, 13 December 2011. Retrieved 2011-12-13. Onlardan biri 2019-cu ilin Ən Yaxşı Animasiya nominasiyasında Oskar mükafata namizəd göstərilmişdir.
İşləri
Rejissor kimi
Baş rejissor kimi
Digimon: The Movie (2000, Şiqeyasu Yamaquçi) One Piece: Baron Omatsuri and the Secret Island (2005) The Girl Who Leapt Through Time (2006) Summer Wars (2009) Wolf Children (2012) The Boy and the Beast (2015) Mirai (2018) Hələlik adı olmayan gələcək anime
Kiçik işləri
Digimon Adventure (20 dəqiqəlik, 1999) Digimon Adventure (21-ci seriya, 1999) Ojamajo Doremi Dokkān (40-cı seriya, 49) Digimon Adventure: Our War Game! (40 dəqiqəlik, 2000) One Piece (199-cu seriya) Superflat Monogram (qısa anime, Takaşi Murakami iləç 2003) Ashita no Nadja (TV, opening, ending, 5-ci, 12-ci, 26-cı seriyalar) Samurai Champloo (TV, opening)
Animasiyaçı
Ashita no Nadja (26-cı seriya) Crying Freeman Dragon Ball: The Path to Power Dragon Ball Z (173-cü seriya) Dragon Ball Z: Broly – The Legendary Super Saiyan Dragon Ball Z: Broly – Second Coming Galaxy Express 999 ~Eternal Fantasy~ Slam Dunk (29-cu və 70-ci seriya) Sailor Moon Sailor Stars (7-ci seriya) Sailor Moon Super S: The Movie Yu Yu Hakusho The Movie: Poltergeist Report
İstinadlar
Kateqoriya:Anime rejissorları Kateqoriya:Yaponiya anime rejissorları Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Anime ssenaristləri Kateqoriya:Yaponiya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Studio Ghibli