Şannon çayı (, ) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür.

Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində su-elektrik stansiyası vardır.

Mənbə

Kateqoriya:İrlandiya çayları