"Azadlıq heykəli" () və ya "Dünyanı işıqlandıran azadlıq" (; ) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.

Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir. Fransadakı qarışıq siyasi vəziyyətlə əlaqədar olaraq heykəl üzərində işlər 1870-ci illərə kimi başlamamışdır. 1875-ci ildə Labule təklif etdi ki, Fransa heykəlin hazırlanmasının maliyyə xərclərini üstlənsin, ABŞ isə heykəl üçün yer ayırsın və postament inşa etsin. Heykəlin tam dizaynının hazırlanmasından əvvəl Bartoldi onun başını və məşəl tutan əlini hazırlamışdı və bu detallar beynəlxalq sərgilərdə göstərilmişdir.

Məşəl tutan əl 1876-cı il Filadelfiya Beynəlxalq Sərgisində, 1876–1882-ci illərdə isə Medison Squeə Parkında göstərilmişdir. Heykəlin hazırlanması üçün maliyyə bəxşişlərinin toplanması xüsusilə, amerikanlar üçün çətin keçmişdir və 1885-ci ildə postamentin inşasının dayandırılması təhlükəsi yaranmışdır. Bundan sonra "New York World" jurnalının naşiri, publisist Cozef Pulitser tərəfindən işlərin tamamlanmasına dəstək olmaq məqsədiylə kompaniya başlanmış və 120,000-dən çox iyanəçi bu işə cəlb olunmuşdu ki, bunların da əksəri 1 dollardan az iyanə vermişdi. Heykəl Fransada hazırlanmış, daha sonra isə ABŞ-yə daşınaraq, əvvəl Bedloe adası adlandırılan adada inşa edilmiş postament üzərində ucaldıılmışdır. Heykəlin tamamlanması birinci Nyu-York "Əsas xətt paradı" ilə qeyd edilmiş və mərasimə ABŞ prezidenti Qrover Klivlend rəhbərlik etmişdi.

1901-ci ilə kimi heykəl ABŞ Mayak Xidmətinin tabeliyində olmuş, daha sonra Müharibə Departamentinin tabeliyinə verilmişdir; 1933-cü ildən sonra heykəl Milli Park Xidmətləri idarəsinin tabeliyinə verilmişdir. 1938-ci ildən sonra heykəl bir neçə dəfə yenilənmə işləri üçün bağlanmışdır. 1980-ci illərin əvvəllərində heykəlin vəziyyətində əmələ gəlmiş pisləşmələr, onun əsaslı təmirinə ehtiyac olduğunu ortaya çıxardı. Beləcə, 1984–1986-cı illərdə heykəlin bağlandığı müddətdə, heykəlin məşəl hissəsi və daxili strukturu yenilənmişdir. 2001-ci il 11 sentyabr terrorundan sonra təhlükəsizliyin təmin edilməsi məqsədi ilə heykəl ziyarətçilər üçün bağlanmışdır; 2004-cü ildə postamenti, 2009-cu ildə taca çıxan ziyarətçilərin sayına limit qoyulması şərti ilə heykəl özü ziyarətçilər üçün açılmışdır. 28 oktyabr 2012-ci ildə heykəl və postamenti bir illik müddətə ziyarətə bağlanmış, bundan sonra ikinci pilləkan və digər təhlükəsizlik qurğuları inşa edilmiş, bindan sonra Azadlıq adası açılmışdır. Lakin açılışdan bir gün sonra, Sendi qasırğası səbəbiylə Azadlıq adası yenidən ziyarətçilərin üzünə qapadılmış, 4 iyul 2013-cü ildə isə yenidən açılmışdır. 1916-cı ildən etibarən təhlükəsizlik səbəbiylə məşəl ətrafındakı eyvana çıxışlar məhdudlaşdırılmışdır.

Dizayn və quraşdırılma

Mənşə

Azadlıq heykəlinin yaradılması ideyasının mənşəyi fransız hüquq professoru və siyasətçi Eduard Rene de Labulenin 1865-ci ilin ortalarında səsləndirdiyi fikirlərlə əlaqələndirilir. Özünün Versal yaxınlığında yerləşən evində verdiyi nahardan sonra çıxış edən Labule demişdir: "ABŞ-nin müstəqilliyinin elan edilməsinin şərəfinə bir abidə ucaldılacaqsa, məncə bu abidə yalnız amerikan və fransız xalqlarının ortaq işi olduğu zaman təbii olacaq." Milli Park Xidmətləri 2000-ci ildə yaydığı məlumatda qeyd edir ki, əgər bu məlumatın əfsanə olduğu qəbul edilərsə, o zaman, heykəlin yaradılması fikrinin 1870-ci ildə meydana çıxdığını güman etmək olar.

Hadisəni nəql edən heykəltaraş Frederik Bartoldi qeyd edir ki, Labulenin nitqi heykəlin yaradılması üçün əsas olmasa da, onu ilhamlandırmışdır. III Napoleon rejiminin təzyiqçi xüsusiyyətini nəzərə alan Bartoldi heykəlin yaradılması ideyasını Labule ilə daha çox müzakirə etməmişdir. Həmin dövrdə Bartoldi həm də digər layihələrlə məşğul idi; Misir xədivi İsmayıl paşa ona Süveyş Kanalının şimal girişindəki Port-Səiddə kəndli Misir qadını formasında və əlində məşəl tutmuş nəhəng mayak layihəsi hazırlamağı sifariş etmişdi. Eskizlər və modellər əslində həmin layihə üçün hazırlansa da, həyata keçirilməmiş qalmışdı. Süveyş üçün isə klassik bir nümunə təklifi var idi: Rodoslu Koloss – Qədim yunan Günəş tanrısı Heliosun nəhəng bürünc heykəli. 100 fut (30 metr) hündürlüyündə olduğuna inanılan heykəl də liman girişində ucaldılmışdı və əlində tutduğu məşəl gəmilərə işıq salırdı.

Bundan sonra isə Bartoldi Fransa–Prussiya müharibəsində iştirak etmişdi. Müharibə zamanı III Napoleon işğallar həyata keçirir və tutduğu yerləri dağıdırdı. Bartoldinin doğma vilayəti olan Elzas isə müharibədə Prussiyanın əlinə keçmiş və bu vəziyyət III Fransa Respublikası dövrünə kimi davam etmişdi. Həmin dövrdə Bartoldi ABŞ-yə səfər etməyi planlaşdırır, Labule ilə birgə tanınmış amerikanların layihə ilə bağlı fikir və məsləhətlərini almağı düşünürdülər. 1871-ci ildə Bartoldi, Labulenin yazdığı göndəriş məktubu ilə birgə Atlantik okeanını keçdi.

Nyu-York limanına çatan Bartoldinin diqqətini heykəli üçün yer kimi gördüyü Bedloe adası cəlb edir və o, şəhərə gələn bütün gəmilərin bu ada ilə qarşılaşdığına diqqət yetirir. O, öyrənir ki, 1800-cü ildə Nyu-York limanının müdafiəsi üçün Birləşmiş Ştatlar hökuməti adanı özəlləşdirib və Nyu-York Dövlət Qanunvericiliyi ilə idarə edir. Labuleyə yazdığı məktubda o deyir: "torpaq bütün ştat ərazisi ilə bir vahid təşkil edir." Bir çox nüfuzlu Nyu-Yorkerlə görüşdükdən sonra, nəhayət ki, ABŞ prezidenti Uliss Qrant ilə görüşür və prezident ona, heykəl üçün yer təyin etməyin çətin olmayacağını deyir. ABŞ-ni iki dəfə qatarla keçən Bartoldi heykəlin böyük simpatiya doğuracağını hiss edir. Lakin o, Atlantik okeanın hər iki tərəfində kütlənin bu təklifi kifayət qədər dəstəkləmədiyini düşünür və beləcə Labule ilə birgə qərara gəlirlər ki, insanların bu mövzu ilə bağlı daha sərrast düşünəcəyi vaxta kimi gözləsinlər.

Bartoldi heykəlin ilk modelinin layihəsini 1870-ci ildə hazırlamışdı. Bartoldinin dostunun oğlu, ABŞ rəssamı Con LaFarc sonradan qeyd edirdi ki, Bartoldi ilk eskizini ABŞ səfəri zamanı LaFarcın Rod-Aylenddəki studiosunda işləmişdi. Fransaya dönərkən Bartoldi layihəsini bir qədər də inkişaf etdirir. O, eyni zamanda Prussiya üzərində qələbədən sonra fransız patiotizmini əks etdirən bir neçə heykəl üzərində də işləyirdi. Onlardan biri də üç ay Prussiya mühasirəsinə davam gətirmiş Belfort qalasının qarşısında qumdaşından yonulmuş iri monumental heykəltaraşlıq abidəsi olan "Belfort şiri" idi. 73 fut (22 metr) uzunluğunda olan dikbaş şir heykəli Romantizmin emosianal xüsusiyyətlərini əks etdirir və Bartoldi bu xüsusiyyətləri daha sonra Azadlıq heykəlində də tətbiq etmişdi.

</center>

Dizayn, stil və simvolizm right| thumb|242x242px|Konstantino Brumidinin Vaşinqtondakı Kapitoli binasında işlədiyi freskoda ABŞ-nin iki ilkin simvolu — Kolumbiya (sol) və Hindu şahzadəsi. Bartoldi və Labule Amerikanın azadlığı ideyasının ən yaxşı şəkildə necə təsvir edilə biləcəyi mövzusunda fikir mübadiləsi aparırdılar. Erkən Amerika tarixində iki qadın fiquru xalqın əsas mədəni simvolu kimi istifadə olunurdu. Britaniya obrazının Birləşmiş Krallıq, Marianna obrazının isə Fransa üçün şəxsləndirilmiş simvol olduğu kimi, ABŞ-də istifadə olunan iki qadın heykəlindən biri olan Kolumbiya da ABŞ-nin şəxsləndirilmiş simvolu idi. Kolumbiya obrazı amerikanların qeyri-sivil və alçaldıcı xüsusiyyətlərini təcəssüm etdirən "Hindu şahzadəsi" obrazının yerinə istifadə olunmağa başlamışdı. Digər məşhur qadın obrazı isə, Qədim Romada azadlıq ilahəsi olmuş və əsasən azad edilmiş qulların sevimlisi olan Libertasın şərəfinə yaradılmış və azadlığı simvolizə edən Liberti idi. Liberti obrazını həmin dövrün bir çox ABŞ sikkələrində, həmçinin incəsənət nümunələrində, o cümlədən Tomas Krovfordun müəllifi olduğu və Kapitoli binasının qübbəsi üzərində ucalan "Müstəqillik heykəli"ndə (1863) də görmək mümkündür. left|thumb|295x295px|Tomas Krovfordun "Müstəqillik heykəli". XVIII – XIX əsr sənətkarları xüsusilə respublikaçılıq dəyərlərini qabartmağa çalışırdılar və bu məqsədlə də daha çox Liberti obrazından istifadə edilirdi. Liberti obrazının təsviri həmçinin, Böyük Fransa Möhüründə də əks edilmişdir. Lakin, Bartoldi və Labule Ejen Delakruanın məşhur "Xalqı istiqamətləndirən Azadlıq" (1830) əsərindəki inqlabçı azadlıq obrazından qaçmağa çalşırdılar. 1830-cu il Fransız inqlabına həsr edilmiş bu əsərdə yarımçıq geyimli Libertinin cəsədlər üzərində hərəkət edən silahlı əsgərlərə yol göstərməsi təsvir edilib. Labule heç də inqlaba simpatiyası olan bir adam deyildi və buna görə də, Bartoldinin fiquru, Delakruanın obrazından fərqli olaraq tamamilə xalata bürünmüşdür. Delakruanın əsərindəki zorakı görünüş əvəzinə, Bartoldi öz əsərinə daha çox sülhpərvərlik görünüşü verməyə çalışmış və inkişaf simvolu kimi məşəldən istifadə etmişdir.

Kravfoldun "Müstəqillik heykəli" 1850-ci illərdə dizayn edilmişdi. Onun başında Qədim Romada azad edilmiş qulların istifadə etdiyi pilus dəbilqəsi vardır. ABŞ-nin Müharibə Naziri, sonradan Amerika Konfederativ Ştatlarının prezidenti olmuş cənublu Cefferson Devis pilusun abolisionist simvolu kimi qəbul ediləcəyindən narahat olmuşdu. O, göstəriş vermişdi ki, pilus dəbilqə ilə əvəz edilsin. Delakruanın fiqurunun başında da pilus var və Bartoldi də ilk öncə öz fiqurunun başını belə bir örtüklə tamamlamağı düşünmüşdü. Lakin bunun əvəzində heykəlin başı üçün diadem və ya tacdan istifadə etmişdir. Bundan başqa, o, başında pilus olan Mariannaya istinad etməkdən də çəkinmişdir. Heykəlin başındakı diademadan çıxan yeddi şüa sanki nimb formalaşdırır. Günəşin doğması, yeddi dəniz və yeddi kontinenti təmsil edir, məşəldən başqa, Liberti onunla da dünyanı işıqlandırır. right|thumb|270x270px|Bartoldinin "Belfort şiri" Bartoldinin bütün ilkin modelləri bir-birinə oxşayırdı: neoklassik üslubda işlənmiş, əynində stola və pella (bu cür paltarlarda adətən Roma ilahələri təsvir edilirdi), əlində məşəl tutmuş qadın fiquru azadlığı təmsil edirdi. Heykəlin üz cizgiləri isə, heykəltaraşın anası Şarlotta Beysser Bartoldinin üz cizgiləri əsasında işlənmişdir. O heykəli, güclü, lakin sadə bir siluetə malik formada dizayn etmiş, Nyu-York Körfəzinə girən gəmilərin və gələn qonaqların dəyişən prespektivləri hiss etməsi üçün Manhettenin qarşısında ucaltmışdır. Heykəlin təntənəli məqsədinə baxmayaraq, o, heykələ qalın klassik konturlar vermiş və sadə modelləşdirmə tətbiq etmişdir. Bartoldi öz texnikası haqqında yazır:

"Heykəlin səthi sadə və aydın olmaqla, qalın və düzgün dizaynla vurğulanmışdır. Detalların böyüklüyü və çoxluğu bir qədər hürküdücü idi. Quruluşları müəyyənləşdirərkən, mümkün qədər aydın formalara üstünlük verdik və zənginləşdirici detallardan istifadə etdik ki, bu da işin proporsiyaslarını pozdu. Nəhayət, dizayn kimi modeli də ümumiləşdirməyə çalışdıq. Yalnız buna əmin idim ki, mövzunu yaxşı araşdırmalı və tədqiq etməli idim, bir sənətkar kimi mövzuya ən uyğun formanı seçməklə ən uyğun və anlaşılan obrazı yaratmalı idim."