Opatiya (, , ) — Xorvatiyanın Adriatik dənizi sahilində, Riyekanın cənub-qərbindəki bir şəhərdir. 2011-ci ildən etibarən şəhərin 11,659 əhalisi var, mərkəzdə isə 6,657 nəfər yaşayır. Məşhur yay və qış tətil yeridir, qışda orta istilik 10 °C və yayda 25 °C olur. Opatiya dəfnə meşələri ilə əhatə olunmuşdur. Şimalda və cənubda bütün dəniz sahili qayalıq və mənzərəlidir.
Tarixi 1872-ci ildə Matulyiyə dəmir yolları çəkildi və bununla da Opatiyada və Lovranda turizmin inkişafına səbəb oldu.
Avstriya imperatoru I Frans İosif bir neçə ay qış aylarında burada qalmış və 19-cu əsrin sonlarından qalma lüks otel və villada dəfələrlə məskunlaşmışdır.
1920-ci ildə Opatiya İtaliyaya bağlandı. İki il sonra, faşistlər hakimiyyətə gəldikdə, İtaliya hökuməti əhalinin məcburi italyanlaşma proqramına başladı və ictimai ərazilərin əksəriyyəti italyan dilli vətəndaşlar üçün ayrıldı.
1947-ci ildə Opatiya Yuqoslaviyaya verildi, əvvəlki illərdə xeyli artan italyan dilli əhalinin əksəriyyəti İtaliyaya köç etdi. 1963-cü ildə memar Andria Cicin-Sain və komandası tərəfindən "Adriatik" hotelin inşası tamamlandı. "Adriatik" hoteli Avstriya-Macarıstan İmperiyası dövründən sonra Opatiyada tikilən ilk otel oldu.
1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra şəhər Xorvatiyaya bağlandı.
2010-cu ildə Zalsburq yaxınlığındakı Bad Isçl şəhəri, Opatiyanın ilk Avstriya qardaş şəhəri oldu.
Görkəmli şəxsləri Teodor Bilroz (1829–1894), Opatiyada öldü. Robert Qerle (1924–2005), Opatiyada anadan oldu. Draqo Qervais (1904–1957), Opatiyada anadan oldu. Kosta Hakman (1899–1961), Opatiyada öldü. Franz, Count of Meran (1839–1891), Opatiyada öldü. Qustav Maler (1860–1911), bir neçə dəfə Opatiya (Abbaziya) bölgəsinə səyahət etdi. Andria Mohorovicic (1857–1936), Opatiyada anadan oldu. Leo Sternbaç (1908–2005), Opatiyada anadan oldu. Qyula Szapary (1832–1905), Opatiyada öldü.
Qardaş şəhərlər Castel San Pietro Terme, İtaliya Ilirska Bistrica, Sloveniya Balatonfüred, Macarıstan Carmagnola, İtaliya Bad Ischl, Avstriya Ferrara, İtaliya
Qalereya
Həmçinin bax Xorvatiya şəhərləri Karlovats Riyeka
İstinadlar
Xarici keçidlər Resmi websitesi Opatija LIVE WebCams Opatija Weather Station — Opatija Aktüel Hava Koşulları Remisens hotels
Kateqoriya:Opatiya Kateqoriya:Xorvatiya şəhərləri Kateqoriya:Xorvatiyanın sahilyanı yaşayış məntəqələri