İbrahim Hafiz () — Misir şairi. XX əsrin 1-ci yarsında ərəb poeziyasında neoklassik istiqamətinin banilərindən biri.

Həyatı Qahirə hərbi məktəbini bitirmiş (1891), Misir zabitlərinin İngiltərə əleyhinə çıxışında (1899) iştirak etmiş, və ordudan tərxis olunmuşdur. Misirin milli özünəməxsusluğunu qoruyub saxlamaq tərəfdarı olmuş, "Nil şairi" kimi şöhrət qazanmışdır.Şerlərində ictimai həyatdakı geriliyi, cəhaləti, qadın hüquqsuzluğunu, köhnəlmiş adətləri satira atəşinə tutmuş, maarifə, mütərəqqi islahatlar keçirilməsinə çağırmışdır. "Sadığın gecələri"(1906) utopik essesində Misirdəki İngiltərə işğal rejimini qətiyyətlə pisləmişdir.Azərbaycan Sovet Ensiklopediyası 10-cu cild 1987-ci il

Ədəbiyyat M.Qəmbərov, Hafiz İbrahim poeziyası, Bakı, 1978.

İstinadlar

Kateqoriya:Misir yazıçıları