Metyu Makkonaxi () — amerikalı Oskar mükafatlı aktyor
Həyatı Metyu Makkonaxi, Meyri Ketlinin üç oğlundan biri olaraq Texas ştatının Uvalde şəhərində anadan olub. Anası müəllim, atası Ceyms Donanld Makkonaxi, yanacaqdoldurma stansiyasının sahibi idi Atası işə başlamazdan əvvəl Green Bay Packers futbol komandasının üzvü idi. Makkonaxi, İrlandiya mənşəlidir və xristiandı. Makkonaxinin valideynləri boşandıqdan sonra bir neçə dəfə yenidən evləndilər. Makkonaxi bunu "Sevgi, amma qeyri-sabit bir əlaqə" olaraq şərh etdi.
Yaradıcılığı Metyu Makkonaxi — Amerikalı aktyor, rejissor, ssenarist və prodüser. Əvvəlcə özünü komediya filmlərində sınamış, XXI əsrin ikinci onilliyində isə, əsasən, dramatik rollara keçib. "Vəkil üçün Linkoln", "Mad", "Killer Joe", "Super Mayk", "Interstellar" kimi filmlərdə onadığı rollara görə bir sıra mükafat və müsbət rəylər alıb. "Dallas Alıcılar Klubu" (2013) dramındakı roluna görə "Qızıl Qlobus", "ABŞ Film Aktyorları Gildiyası", karyerasındakı ilk Oskar da daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. Makkonaxi aktyorluq karyerasına 1991-ci ildə başlayıb. 1993-cü ildə Riçard Linklaterin "Dazed and Confused" filmində onadığı müddətə qədər bir sıra tələbə filmlərində və televiziya film istehsallarında çəkilib. Həmçinin, kantri ifçısı Trişa Yervudun "Walkaway Joe" klipində, Unsolved Mysteries" teleserialında, "Angels in the Outfield", "Texas Chainsaw Massacre: The Next Generation", "Boys on the Side" fimlərindəki aktyorluğuna görə də tanınmağa başlayır. Con Qrişamın eyniadlı romanından bəhrələnən, 1996 il istehalı "A Time to Kill" filmində vəkil "Cek Briqans" rol ilə daha da tanınır. Bundan sonra Makkonaxi bir çox filmdə mühüm rol oynamağa başlayır. 2000-ci illərin əvvəllərində romantik komediya filmlərində axtarılan aktyor olur. "THK Wedding Planner" v’ "How to Lose a Guy in 10 days" filmləri tənqdçilər tərəfindən çox bəyənildi. Bu dövrdə o, aşağı büdcəli "Tiptoes"- filmində yanğınsöndürəni, "Two For The Money"-də qumarbazı və "Frailty"-də serialı qatil rolunu canlandırdı. 2005-ci ildə Makkonaxi, 130 milyon dollarlıq "Sahara" filmində Stiv Zan və Peelopa Kruz Sançes ilə rol aldı. Elə həmin il "People" jurnalı onu 2005-ci ilin "Yaşayan ən seksual insan"ı adlandırdı. 2006-cı ildə "Failure to Launch" romantik komediya filmidə Sarah Jessica Parkerlə birgə rol aldı. Film, tənqidçilər tərəfindən uğurlu nəticələndi. 2008-ci ildə Ben Stillerin "Tropik Fırtına" adlı filmində menecer kimi, 2009-cu ildə "Magnum"-da Tomas Maqnum kimi rol aldı. 2013-cü ildə "True Detektiv" adlı serialda baş rolu oynadı.
Şəxsi həyatı 250px|thumb|right|Metyu Makkonaxi və həyat yoldaşı Kamilla Alves. 2010. Makkonaxi gənclərə kömək etmək üçün "JK Livin Fond"-a sahibdir. Bu, aktyorun "JK Livin Company" adlı təməl istehsal şirkətinin bir hissəsidir. "JK Livin" kəliməsinin açılışı "Yaşamağa davam et" mənasını verir. Aktyor film setlerinden geriyə qalan vaxtlarda bu şirkətin işləri ilə məşğul olur. 24 oktyabr 1999-cu ildə qonşular Makkonaxini çox səs-küy saldığına görə şikayət edir və aktyor tutulur. Polislər evə gəldiyi zaman aktyorun marixuana istifadə etmiş vəziyyətdə dostu aktyor Koul Xauzerlə çılpaq rəqs etdiyininin şahiid olublar. Polisə müqavimət göstərən aktyor haqqında narkotik iddiası aradan qalxır, lakin səs-küy salmaq ittihamı ilə 50 dollar cəza alır. Makkonaxi bir heyvan aşiqidir. Pişik, it, hamster və başqa heyvanlara qulluq etməklə də məşğuldur. Katrina qasırğasından sonra Yeni Orleanlara ərzaq yardımı edib. 2006-cı ildə Sherman Oaks / Kaliforniyadakı bir pişiyi ona rəsm çəkib, yandırmağa çalışan gənclərdən xilas edib. McConaughey aktrisalar Sandra Bullock, Kate Hudson, Ashley Judd, Salli Richardson və Penelope Cruz ilə işbirliyi qurdu. Makkonaxi və Braziliyalı Supermodel sevgilisi Kamilla Alvesin 7 iyul 2008-ci ildə Los-Ancelesdə Levi Alves adlı bir oğlu dünyaya gəlmişdir.
Filmoqrafiya İl Film Rol Qeydlər 1993 My Boyfriend's Back Teenage Moviegoer $3,335,984 1993 Dazed and Confused David Wooderson $7,993,039 1994 Angels in the Outfield Ben Williams $50,236,831 1995 Texas Chainsaw Massacre: The Next Generation Vilmer $141,626 Boys on the Side Officer Abe Lincoln $23,450,000 1996 A Time to Kill Jake Tyler Brigance $108,706,165 Lone Star Buddy Deeds $13,269,963 Glory Daze Rental Truck Guy Larger Than Life Tip Tucker $8,289,972 Scorpion Spring El Rojo 1997 Amistad Baldwin $44,175,394 Contact Palmer Joss $100,853,835 1998 The Newton Boys Willis Newton $10,297,897 1999 EDtv Ed 'Eddie' Pekurny $22,362,500 2000 U-571 Lt. Andrew Tyler, Executive Officer $77,086,030 2001 The Wedding Planner Steve "Eddie" Edison $60,400,856 2002 Reign of fire Denton Van Zan $43,061,982 Thirteen Conversations About One Thing Troy $3,287,435 Frailty Adam Meiks $13,103,828 2003 How to Lose a Guy in 10 Days Benjamin 'Ben' Barry $105,807,520 2004 Paparazzi Kendisi $15,712,072 2005 Two for the Money Brandon Lang $22,862,049 Sahra Dirk Pitt $68,642,452 2006 We Are Marshall Jack Lengyel $43,532,294 Failure to Launch Tripp $88,658,172 2008 Fool's Gold Ben 'Finn' Finnegan $70,224,196 Tropic Thunder Rick Peck Surfer, Dude Steve Addington $75,000 2009 Ghosts of Girlfriends Past Connor Mead $102,223,269 2011 The Lincoln Lawyer Mickey Haller $57,130,000 Bernie Danny Buck Davidson Killer Joe Joe 2013 Dallas Buyers Club Ron Woodroof 2013 The Wolf Of Wall StreetMark Hanna 2014 Ulduzlararası Cooper 2016The Free State Of JonesNewton Knight Serial İli Rol Kanal Bölüm Qeydlər Unsolved Mysteries 1992 Larry Dickens NBC Bölüm #5/12 IMDb King of the Hill 1999 Rad Thidbodeaux (voice) FOX Bölüm: The Wedding of Bobby Hill IMDb Sex and the City 2000 Himself HBO Bölüm: Escape from New York IMDb Freedom: A History of US Charles Fenno Hoffman / Alexandr H. Stephens / Capitan W. W. Wood / Andrew Johnson / John Swinton / Mark Twain 2003 PBS 6 Bölüm IMDb Eastbound & Down 2010–12 Roy McDaniel HBO 3 Bölüm IMDb True Detective 2014 Rustin"Rust" Cohle HBO Sadəcə 1-ci sezon. Həmçinin, icraçı prodüser IMDb
Qalereya
İstinadlar
Xarici keçidlər İnterstallar trailler Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ xristianları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Ostin Texas Universitetinin müəllimləri Kateqoriya:ABŞ televiziya aktyorları