Oqtay Atayev (Tam adı: Oqtay Əlirza oğlu Atayev; d.19 dekabr 1929 - ö.12 mart 1991, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri.

Həyatı

O.Atayev 1929-cu il dekabrın 19-da dünyaya anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki - BDU) tarix fakültəsini bitirib. Tələbəlik illərində idmanla ciddi məşğul olmuşdu, hətta Bakının “Dinamo” futbol komandasının mü­dafiəçisi mövqeyində də çıxış etmişdi. Gözündən zədə almış jurnalist bir müddət sonra məşqləri dayandırmaq məcburiyyətində qaldı. Oqtay Atayev həyatının sonunadək – 1991-ci il martın 12-nə qədər “İdman” - “Sport” qəzetinin baş redaktoru olub.

Fəaliyyəti

1960-70-ci illərdə Oqtay Atayev Nəsir İmanquliyevin baş redaktoru olduğu «Veçernı Baku» (sonralar – “Bakı” - “Baku”) qəzetinin əməkdaşı oldu. O illərdə qəzetin informasiya və idman şö­bəsinin mü­diri vəzifəsində Oqtay Atayev çalışırdı.

1976-cı ildə o, Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsində məsul vəzifəyə – sədr müavinliyinə təyin edildi. 1987-ci ildə Oqtay Atayev “İdman” - “Sport” qəzetinə rəhbərlik etməyə başladı.

Həmçinin bax

Abbas Əzimov Valid Sənani

İstinadlar