Fuad Rauf oğlu Hacıyev () — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor.

Həyatı

1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu.

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.Fuad Hacıyev müsahibə

Fuad Hacıyev 31 iyul 2023-cü ildə 81 yaşında Konya şəhərinďə vəfat edib.

Fəaliyyəti

Rejissorluq etdiyi tamaşalar Çox bilmiş: Aleksandr Ostrovski: Dilek Sabancı Dövlət Konservatoriyası - 2013 Kəndli kürəkən: Mösyo De Peargennac: Dilek Sabancı Dövlət Konservatoriyası - 2012 Arvadının yanına qaç: Ray Kooney: Dilek Sabancı Dövlət Konservatoriyası - 2011 İki bəyin uşağı: Karlo Qoldoni: Dilek Sabancı Dövlət Konservatoriyası - 2010 Qaranlıqda komediya: Peter Şaffer - Dilek Sabancı Dövlət Konservatoriyası - 2009 Qaç ata, qaç: Ray Kooney - Dilek Sabancı Dövlət Konservatoriyası - 2008 Sevimli həkim: Anton Çexov - Komya Dövlət teatrı - 2005 Kral Lear: Uilyam Şekspir: Selçuk Universiteti Dövlət Konservatoriyası - 2005 Milyonerlər şəhəri Napoli: Eduardo De Fillipo: Selçuk Universiteti Dövlət Konservatoriyası - 2004 Dəlixadan qaşmış şəxs: Ankara Dövlət teatrı - 1998 Qağayıkimilər: Anton Çexov: Ankara Dövlət teatrı - 1995

Rejissorluq etdiyi opera və operettalar

Ana, mən evlenirəm: Rauf Hacıyev: Bakı - 1977 Ana, mən evlenirəm: Rauf Hacıyev: Moskva - 1978 Yolayrıcı: Rauf Hacıyev: Bakı - 1981 Yolayrıcı: Rauf Hacıyev: Moskva - 1982 Arşın mal alan (operetta): Üzeyir Hacıbəyov - 2006 Ana, mən evlenirəm: Rauf Hacıyev: Ankara Dövlət Opera və Balet teatrı - 2016

Həmçinin bax Adil Azay Tahir İmanov Şahin Zəkizadə Nazim Abbas Zəfər Nemətov

İstinadlar