Ağalı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Düzənlikdədir. Yerli əhalinin dediyinə görə, oykonim ağa və -lı komponentlərindən ibarət olub, "ağası, sahibi olan; mülkədara məxsus" deməkdir. 1917-ci ildə Xanlar rayonunda Ağalıbəyli, Kəlbəcər rayonunda Ağalıyeri, 1961-ci ildə Zəngilan rayonunda Birinci Ağalı, İkinci Ağalı, Üçüncu Ağalı adlı uc kənd qeydə alınmışdır. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

İstinadlar

Kateqoriya:Ağdaş rayonunun ləğv olunmuş kəndləri