Çin vətəndaş müharibəsi () — Çin Respublikası qüvvələri ilə Çin kommunistləri arasında 1927-1950-ci illərdə (fasilələrlə) baş vermiş silahlı qarşıdurmalar seriyası. Müharibə 1927-ci ildə Şimal yürüşündən sonra, Çan Kayşinin rəhbərlik etdiyi Qomindanın sağ qanadının qərarı ilə Qomindan ilə ÇKP arasındakı ittifaqın pozulan zaman başladı.
1936-cı ilin dekabrında Qomindan generalları Çjan Syuelan və Yan Xuçen, "Sian insidenti" adlandırılan hadisə zamanı Çan Kayşini həbs etdi, hər iki tərəfin yapon işğalçılarına qarşı mübarizəyə diqqət yetirməsi üçün kommunistlərin atəşkəs təklifini qəbul etməsini məcbur etdi. Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı.
Həmçinin bax
Çin-yapon müharibəsi (1937—1945)
Ədəbiyyat
Непомнин О. Е. История Китая. XX век. — М.: Институт востоковедения РАН, 2011. — 722 с.
Kateqoriya:Vətəndaş müharibələri Kateqoriya:Çin tarixi Kateqoriya:Çin Kommunist Partiyası Kateqoriya:Çin Respublikası (1912–1949) Kateqoriya:XX əsr inqilabları Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:Müharibələrarası dövr