Əliyev Akif İsmayıl oğlu () — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988).

Həyatı Akif Əliyev 4 fevral 1934-cü ildə Gəncə şəhərində doğulub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. 1959-cu ilədək neft mədənlərində çalışmışdır.

Elmi fəaliyyəti 1962–1966-cı illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə Qaz İnstitutunda laboratoriya rəhbəri, 1979–1988-ci illərdə "Dövlətdənizneftqazlayihə" İnstitutunda baş geoloq, elmi işlər üzrə direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlər qrupunun baş mühəndisi vəzifələrində çalışmışdır.

1992-ci ildən ARDNŞ-də şöbə müdiri, xarici iqtisadi əlaqələr üzrə rəis müavini işləmiş, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.

Akif Əliyev 200-dən çox elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və kitabın, 10 ixtiranın müəllifidir.

SSRİ-nin və Azərbaycanın neftqazlılıq və tektonikasına dair dərc edilmiş silsilə xəritələrin və atlasların həmmüəllifidir.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan neftçiləri