Kateqoriya:"Adolf Nassau" ordeni ilə təltif edilənlər Kateqoriya:"Dövlət nişanı" ordeni (Türkiyə) laureatları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Norveç kralları Kateqoriya:İdmançılar 1964 Yay Olimpiya Oyunlarında Kateqoriya:İdmançılar 1968 Yay Olimpiya Oyunlarında Kateqoriya:İdmançılar 1972 Yay Olimpiya Oyunlarında Kateqoriya:Norveç şəxsləri Kateqoriya:XXI əsr monarxları V Harald (; ) — Norveç kralı.
Həyatı 21 fevral 1937-ci ildə dünyaya gəldi. Atası Norveç kralı VII Haakonun oğlu vəliəhd-şahzadə Olaf, anası isə İsveç kralı II Oskarın nəvəsi şahzadə Martadır. 31 martda vəftiz edildi və atasının valideynləri VII Haakon və Kraliça Maud, anasının valideynləri şahzadə Karl və şahzadə İngeborq, atasının dayısı oğlu Uels şahzadəsi Albert, atasının dayısı arvadı Kraliça Mariya Tek, mərhum xalasının əri Belçika kralı III Leopold və atasının əmisi oğlunun xanımı şahzadə İnqrid onun vəftiz valideynləri oldu. Özündən yaşca böyük 2 bacısı vardı və Norveçdəki Salik qanunları səbəbilə taxt hüquqları yox idi.
İlk uşaqlıq illəri Oslo yaxınlığındakı monarxial iqamətgahda keçsə də, İkinci Dünya müharibəsinin başlaması və Norveçin işğalından sonra ailəsiylə birgə sürgünə getməyə məcbur oldu. Anası və bacılarıyla birgə öncə İsveçə, ardından isə müharibənin sonunadək qaldığı ABŞ-a yollandılar. Burada keçirdiyi uşaqlıq illəri ərzində Amerikan ləhcəli ingilis dilini mükəmməl öyrəndi. Üstəlik müharibə dövründə ABŞ-dakı Norveç hərbi birliklərinə edilən təftiş ziyarətlərində iştirak etdi. Yaşının az olmasına baxmayaraq vəliəhd oğlu olması və gələcəkdə taxta çıxacağı gözləndildiyi üçün hərbi sahəylə uşaq yaşlarından tanış edildi. Müharibənin ardından Norveçə döndülər və burada bacıları qız məktəbinə göndərildi. Harald isə Smestad dövlət məktəbində təhsil almağa başladı. 1950-1955-ci illərdə Oslo Kafedral məktəbində, 1956-1957-ci illərdə süvari hərbi məktəbində təhsilini davam etdirdi. 1957-1959-cu illərdə Norveç Hərbi akademiyasında hərbi təlimə başladı.
Babasının vəfatının ardından 1957-ci ildə atası V Olaf adıyla taxta çıxdı və Harald hələ 20 yaşında vəliəhd-şahzadə ünvanı aldı. 27 sentyabrda ilk dəfə hökmət məclisi iclasında iştirak etdi və vəzifəsi səbəbilə dövlət məsələləriylə yaxından tanış oldu.
1960-cı ildə Oksford Universiteti nəznində Balliol kollecində təhsilini davam etdirdi və tarix, maliyə və siyasət dərsləri aldı. Atası kimi yelkən idman növüylə məşğul idi. 1964 Tokio, 1968 Mexiko və 1972 Münxen Olimpiya oyunlarında Norveçi təmsil etdi.
1959-cu ilin iyununda Sonya Haraldsenlə tanış oldu və eşq yaşamağa başladılar. Ancaq 9 il davam edən bu eşq macərası gizli tutuldu. Belə ki, saray ənənələrinə görə, vəliəhd-şahzadə zadəgan olmayan sadə bir vətəndaşla evlənə bilməzdi. Taxtın başqa varisinin olmaması səbəbilə, parlamentin verdiyi xüsusi icazəylə, 19 mart 1968-ci ildə cütlüyün nişanlandığı elan olundu. Həmin ilin 29 avqustunda Osloda evlənən cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Atasının yaşlılığı və səhhətinin pisləşməsi səbəbilə 1990-cı ilin yayında kral naibi seçildi və dövlət idarəsini ələ aldı. Ertəsi il - 17 yanvar 1991-ci ildə atasının vəfatının ardından taxta çıxdı. Norveç tarixində 604 ildən sonra ilk dəfə Norveçdə dünyaya gəlmiş bir kral taxta çıxdı.
V Haraldın səltənət illəri Norveç monarx ailəsi üçün modernləşmə və reformlarla xarakterizə olunur. Belə ki, hər iki övladının da öz seçdikləri sadə vətəndaşlarla evlənməsinə icazə verdi. Bir çox kral iqamətgahı və monarxa məxsus mülklərdə təfərrüatlı restavrasiya işləri başlatdı və təmirin ardından bu mülklər ictimaiyyətə açıq elan edildi.
Hər həftənin cümə günü Oslodakı Kral sarayında hökumət üzvləriylə rəsmi görüşər, eyni zamanda baş nazir və xarici işlər naziri ilə həftəlik iclaslar tərtibləyərdi. Əcnəbi səfirləri qəbul edər, hər ilin oktyabrında parlamentin rəsmi açılışında iştirak edərdi. Səltənəti boyunca bir neçə dəfə Norveçin müxtəlif əyalətlərini əhatə edən geniş miqyaslı səyahətlərə çıxdı və digər dövlətlərə rəsmi səfərə yollandı.
Lillehammerdə keçirilən 1994 Qış Olimpiya Oyunlarının rəsmi açılışını özü etdi. 2015-ci ildə Antarktidaya səyahət etdi və bunu edən ilk monarx olaraq tarixə düşdü. 2016-cı ildə səltənətinin 25-ci ili münasibətilə etdiyi çıxışda Norveç xalqını dini tolerantlığa və LGBT haqları mövzusunda birliyə çağırdı.
2012-ci ildəki konstitusiya dəyişikliyinə qədər Norveç Kilsəsinin rəhbəri olaraq qaldı. 8 may 2018-ci ildə kralın müqəddəs statusu konstitusiya ilə ləğv edilsə də, onun toxunulmazlığı qorundu.
8 sentyabr 2022-ci ildə Britaniya kraliçası II Elizabetin vəfatının ardından V Harald, Avropanın ən yaşlı monarxı oldu. Həmin ayın sonlarında Danimarka kraliçası II Marqaritanın Qızıl yubileyi münasibətilə Kopenhagenə və 2023-cü ilin sentyabrında İsveç kralı XVI Karl Qustavın Qızıl yubileyi münasibətilə Stokholma yollandı.
Yaşadığı dövrdə yaşlılığı səbəbilə taxtdan istehfa edən monarxların əksinə, V Harald sağlamlıq problemləri yaşadığı dövrlər istisna olmaqla, səltənəti boyunca rəsmi monarxial vəzifələrini özü icra etdi. Həmin dövrlərdə isə yeganə oğlu vəliəhd-şahzadə Haakon naib ünvanıyla dövlət idarəsini ələ almışdı.
XXI əsrin əvvəllərindən etibarən səhhəti pisləşən V Haralda 2003-cü ildə sidik kisəsi xərçəngi diaqnozu qoyuldu. 2005-ci ildə ürək əməliyyatı keçirdi və 2020-ci ildə ürək qapağı dəyişdirildi. 2022-ci ilin martında və 2023-cü ilin oktyabrında COVID-19-a yoluxdu. 28 avqust 2026-cı ildə səhər 06:35 radələrində vəfat etdi. Cənazə mərasimi isı 9 sentyabrda Osloda keçirildi.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriMarta Luiza22 sentyabr 1971- (55 yaşında)Ari Behn (24 may 2002-2017)Maud Angelika BehnLeah Isadora BehnEmma Tallulah BehnDurek Verret (31 avqust 2024) -VIII Haakon20 iyul 1973 - (53 yaşında)Mette-Marit (25 avqust 2001)İnqrid AleksandraSverre Maqnus
Qalereya
Mənbə
İstinadlar
Kateqoriya:XX əsr monarxları