Xaçmaç — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xaçmaç kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

Xacmac Xocalı rayonunun Qızıloba inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Bərgüşaddan və Zəngəzurda hazırda dağıdılmış Köhnə Kotuk kəndindən çıxmış erməni ailələrinin Xacmac adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, toponim bu ərazidə mövcud olan sutun üzərində xac formalı daşların olması ilə bağlı yaranmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Həmçinin bax Xocalı soyqırımı

İstinadlar

Kateqoriya:Xocalı rayonunun kəndləri