Seymur Həbib oğlu Fətəliyev () — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri (2025-ci ildən), filologiya üzrə fəlsəfə doktoru.
Haqqında 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.
2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir.
2018–2021-ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb.
2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidenti 27 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 27 fevral 2026-cı ildə iqamətgahı Mexiko şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında və Peru Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Sərəncamı ilə S. Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.
İstinadlar
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın Meksikadakı səfirləri Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları