Azərbaycanda parlament seçkiləri (2005) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırışına seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir.

Seçki prosesi

İştirak

Müşahidəçilik

Seçki blokları

Rəsmi Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə: Seçki blokuSiyasi partiyalarRəhbərləriNamizəd sayıTəsis tarixiAdı21 iyul 2005AzadlıqAzərbaycan Demokrat PartiyasıRəsul Quliyev40Azərbaycan Xalq Cəbhəsi PartiyasıƏli Kərimli48Müsavat Partiyasıİsa Qəmbər4124 iyul 2005Azərbaycançı QüvvələrBirlik PartiyasıXudadat XuduyevVəhdət PartiyasıTahir Kərimli46Azərbaycan NaminəAzərbaycan Xalq Demokratik PartiyasıRafiq TurabxanoğluVahid Azərbaycan PartiyasıKarrar Əbilov27 iyul 2005Azərbaycan Tərəqqi AlyansıAzərbaycan Dirçəliş və Tərəqqi PartiyasıAzad NəbiyevQorqud PartiyasıFirudin Kərimov15 avqust 2005BirlikAzərbaycan Milli Dövlətçilik PartiyasıNemət PənahlıAzərbaycan Mübarizlər PartiyasıAğadur Müslümov24 iyul 2005Demokratik AzərbaycanƏdalət Partiyasıİlyas İsmayılov32Vahid Azərbaycan Milli Birlik PartiyasıHacıbaba ƏzimovVətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı3121 iyul 2005İslahatAzərbaycan Respublikaçılar PartiyasıSübut ƏsədovAzərbaycan Azad Respublikaçılar PartiyasıKamil SeyidovAzərbaycan Demokratik Maarifçilik PartiyasıElşən MusayevDemokratik Azərbaycan Dünyası PartiyasıMəmməd Əlizadə57Yeni SiyasetAzərbaycan Milli İstiqlal PartiyasıƏli ƏliyevAzərbaycan Milli Hərəkat PartiyasıSamir CəfərovAzərbaycan Sosial Demokrat PartiyasıAyaz Mütəllibov9Araz Əlizadə

Qeyri-rəsmi 22 aprel 2005-ci ildə "İctimai liderlər birliyi" Seçki Bloku, 14 may 2005-ci ildə Azərbaycan Qadın Hərəkatının liderləri tərəfindən Qadınların Seçki Bloku, 15 may 2005-ci ildə "Olaylar", "Ədalət", "Həftəiçi", "Üç nöqtə", "Şərq" və "525-ci" qəzetlərinin baş redaktorları tərəfindən "Müstəqil media — 2005" Seçki Bloku, 16 may 2005-ci ildə "Parlament 2005" Hüquqşünasların Seçki Bloku, 27 may 2005-ci ildə "Gənc Azərbaycan — Yeni adlar" Seçki Bloku, 13 iyun 2005-ci ildə "Yeni parlament" Seçki Bloku təsis edilmişdir.

Avqust ayında isə "İctimai Liderlər Birliyi" bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də qurumun saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. "Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlər idi. "İctimai liderlər birliyi" Seçki Blokunun təsisçilərindən biri də Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev olmuşdur.

Seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir.

MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu.

Seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, daha sonra yüzlərlə şəxs namizədliyini geri götürüb və 1541 nəfər seçkilərdə iştirak edib.

Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi.

Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu.

2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi.

Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki dairəsi üzrə deputatlar seçilmişdi. 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum edildi.

14 iyun 2006 tarixində təəkrar seçkilərdə seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyaları protokollarının məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.

Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50 — si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.

Nəticələr

Partiyalar üzrə Siyasi partiyaSədrSəsMandat#%+\-Sayı+\-Mandat qazananYeni Azərbaycan Partiyasıİlham Əliyev 14Bitərəf - 18Müsavat Partiyasıİsa Qəmbər 3Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı1Ana Vətən PartiyasıFəzail AğamalıAzərbaycan Demokratik İslahatlar Siyasi PartiyasıAsim MollazadəYeniYeniAzərbaycan Xalq Cəbhəsi PartiyasıƏli Kərimli 4Azərbaycan Liberal PartiyasıƏvəz Temirxan1Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn Kazımlı Azərbaycan Ümid Partiyasıİqbal Ağazadə 1Bütöv Azərbaycan Xalq Cəbhəsi PartiyasıQüdrət HəsənquliyevYeniYeniBöyük Quruluş PartiyasıFazil MustafaYeni1Vətəndaş Birliyi PartiyasıSabir HacıyevYeni1Mandat qazanmayanAzərbaycan Azad Respublikaçılar PartiyasıKamil SeyidovYeniYeniAzərbaycan Demokrat PartiyasıSərdar CəlaloğluAzərbaycan Demokratik Maarifçilik PartiyasıElşən MusayevAzərbaycan Dirçəliş və Tərəqqi PartiyasıAzad NəbiyevAzərbaycan Xalq PartiyasıPənah HüseynAzərbaycan Xalq Demokratik PartiyasıRafiq TurabxanoğluAzərbaycan Kommunist PartiyasıƏləsgər XəlilovRauf QurbanovAzərbaycan Milli Dövlətçilik PartiyasıNemət PənahlıAzərbaycan Milli Hərəkat PartiyasıSamir CəfərovAzərbaycan Milli İstiqlal PartiyasıƏli Əliyev1Azərbaycan Mübarizlər PartiyasıAğadur MüslümovAzərbaycan Respublikaçılar PartiyasıSübut ƏsədovAzərbaycan Sosial Demokrat PartiyasıAraz ƏlizadəAyaz MütəllibovAzərbaycan Tərəqqi PartiyasıÇingiz DəmiroğluYeniYeniBirlik PartiyasıXudadat XuduyevBöyük Azərbaycan PartiyasıElşad MusayevDemokratik Azərbaycan Dünyası PartiyasıMəmməd ƏlizadəƏdalət Partiyasıİlyas İsmayılovMilli Qurtuluş PartiyasıVüqar BəyturanMüasir Müsavat PartiyasıHafiz HacıyevYeniYeniQorqud PartiyasıFirudin KərimovVahid Azərbaycan PartiyasıKərrar ƏbilovVahid Azərbaycan Milli Birlik PartiyasıHacıbaba ƏzimovVəhdət PartiyasıTahir Kərimli

Bloklar üzrə

Seçki blokuSəsMandat#%+\-Sayı+\-Rəsmi bloklarAzadlıq YeniYeniYeni Siyasət (YeS)YeniYeniBirlikYeniYeniDemokratik AzərbaycanYeniYeniAzərbaycançı QüvvələrYeniYeniAzərbaycan NaminəYeniYeniAzərbaycan Tərəqqi AlyansıYeniYeniİslahatYeniYeniRəsmi olmayanİctimai Liderlər BirliyiYeniYeniQadınların Seçki BlokuYeniYeniYeni parlamentYeniYeni

Etirazlar

Seçki sonrası Azadlıq Bloku mətbuat konfransı keçirmişdir.

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilmiş Lalə Şövkət total saxtakarlıq səbəbiylə seçki nəticələrini tanımadığını, mandatından imtina etdiyini elan etmiş və 17 yanvar 2006-cı ildə mətbuat konfransı keçirmişdir.

Azadlıq Blokuna üzv olan siyasi partiyalar mitinq keçirdi, partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.

Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.

Qeydlər

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Azərbaycanda parlament seçkiləri Kateqoriya:2005-ci ildəki hadisələr Kateqoriya:2005-ci ildə Azərbaycan Kateqoriya:2005-ci ildə seçkilər Kateqoriya:Avropa İnsan Haqları Məhkəməsi