Həyat möcüzədir () — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir.

Süjet Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür. Lukanın inşa etdiyi qataryoluyla şəhərə onun yeni sahibləri gəlirlər. Onlar narkotik ticarətində özlərinə karyera qurmuşdular. Miloşun orduya alındığı və eyni zamanda da, onu “Partizan”da gözlədikləri xəbərini alırlar. Yeni lokomotivin alınmasına, şəhərin yeni merinin qarşılanmasına və Miloşun yola salınmasına həsr olunan şənlik zamanı Lukanın arvadı multiinstrumentalist bir macarla qaçır. Elə həmin gün kapitan Aleksiçə müharibənin başladığı barədə məlumat verildi. Vətəninə sadiq bir zabit olan Kapitan Aleksiç başlanmış müharibənin nə qədər mənasız olduğunu bilir.

Tezliklə Luka oğlunun əsir götrüldüyünü öyrənir. O, Miloşun yerinə döyüşə atılmaq istəyir, amma kapitan Aleksiç onu buraxmır. Bir müddət sonra Miloşun bir tanışı Lukaya, Miloşa dəyişdirmək üçün əsir götürülmüş bosniyalı qızı özü ilə götürməyi təklif edir. Luka razılaşır və Sabaha adlı bu əsir qız Lukanın evində məskunlaşır. Onların arasında yaxın münasibətlər yaranır. Tezliklə Lukanın arvadı Yadranka qayıdır. Luka və Sabaha Serbiyaya qaçmağa hazırlaşırdılar, lakin bosniyalı hərbçilər Drina çayı yaxınlığında Sabahanı dizindən yaralayır. Bölgədəki yeganə hərbi hissə hospitalına gedən yol çox uzaq olur. Çox qan itirməsinə baxmayaraq Sabaha sağ qalır. Sevgililər gözlənilmədən Sabahanın münaqişə tərəfləri arasında mübadilə ediləcək əsirlərin siyahısına daxil edildiyini öyrənirlər. Sabahanın istəyi olmadan onu Lukadan ayıraraq mübadilə edirlər. Miloş da evə qayıdır.

Müharibə başa çatır. Ailə dəmiryolu stansiyasının yaxınlığındakı evlərinə qayıdır. Luka bu cür yaşaya bilməyəcəyini hiss edir və intihara cəhd edir — tunellərdən birinin yaxınlığındakı relsə uzanır, ancaq filmdə vaxtaşırı ümidsiz sevginin simvolu kimi bir uzunqulaq Lukayla qatarın arasında peyda olur. Filmin son kadrı simvolik xarakter daşıyır: Luka və Sabaha uzunqulağa minərək sevgilərinə mane olan hər şeydən qaçırlar.

Rollarda Aktyorlar Rollarda Slavko Ştimas Luka Djuriç Nataşa Şolak Sabaxa Bişiroviç Vesna Trivaliç Yadranka Djuriç Vuk Kostiç Miloş Djuriç Aleksandr Berçek Velo Stribor Kusturisa kapitan Aleksiç Miryana Karanoviç Nada Branislav Laleviç şəhər meri Radovan Nikolo Koyo Filipoviç Deyan Sparavalo dirijor

Dublyaj rejissoru — Vsevolod Kuznesov

Çəkiliş heyəti Rejissor — Emir Kusturitsa Prodüser — Emir Kusturitsa, Mayya Kusturitsa, Alen Sard Senari müəllifi — Emir Kusturitsa, Ranko Boziç Bəstəkar — Emir Kusturitsa, Deyan Sparavolo Operator — Mişel Amatyu Rəssam — Milenko Yeremiç Montaj edən — Svetolik Zayç Geyim rəssamı — Zora Popoviç

İstifadə edilən musiqilər

The No Smoking Orchestra — In the beginning The No Smoking Orchestra — Evergreen The No Smoking Orchestra — Wanted man The No Smoking Orchestra — Kiss the mother The No Smoking Orchestra — Moldavian song The No Smoking Orchestra — Vasja The No Smoking Orchestra — Dying song The No Smoking Orchestra — Looking for Luka The No Smoking Orchestra — Ovo je muski svet The No Smoking Orchestra — Fatal wounds The No Smoking Orchestra — Who killed the D.J. The No Smoking Orchestra — Karakaj The No Smoking Orchestra — The waterfall The No Smoking Orchestra — Gladno Srce The No Smoking Orchestra — Looking for Sabaha The No Smoking Orchestra — When life was a miracle The No Smoking Orchestra — Kad sam bio mlađan lovac ja The No Smoking Orchestra — Bye bye Dobrila The No Smoking Orchestra — Leskovacki zvižđuk

Çəkilişlər Filmin çəkiliş meydanı "Emir Kusturitsanın kəndi" adlandırılan- Drvenqrad olmuşdur. O Meçavnik dağı yaxınlığında, Serbiya, Bosniya və Herseqovina sərhəddində yerləşir. Əvvəlcə Kusturitsa burada özü, sonra oğlu üçün bir ev tikdi. Tədricən əsl etnoqrafik yaşayış məntəqəsi yaratmaq ideyası meydana gəldi. Kəndin meydanında Emir Kusturitanın filmlərindən köhnə maşınlar var idi. Həmçinin Emir Kusturitsanın "Həyat möcüzədir" filmi üçün təmir etdirdiyi dəmiryolunda kinoya relslərlə gedən avtomobil dayanmışdı.

Filmin çəkilişləri 13 ay demək olar ki, fasiləsiz davam etdi. Hava çəkiliş qrupu üçün uğursuz idi və Kusturitsa daim ssenarini yenidən yazırdı.

Bədii xüsusiyyətləri Bir çox digər filmlərində olduğu kimi, bu filmdə də Kusturica müharibə əleyhinə mövqeyini ifadə edir və Yuqoslaviya müharibəsini açan separatçılar, həmçinin BMT haqqında düşmənçiliklə danışaraq vahid Yuqoslaviya üçün darıxır. Amma həmişə olduğu kimi öz nikbinliyini və həyatsevərliyini itirmir və nəticədə rejissorun əksər filmlərinin çəkildiyi tragikomediya janrı alınır.

Mətbuat rəyi "Həyat möcüzədir" filmi "Qızıl palma budağı" mükafatına namizəd görüldü, lakin Kusturitsanın əvvəlki filmlərindən fərqli olaraq tənqidçilər bu filmi olduqca soyuq qarşıladılar. Rejissoru özünütəkrarçılıqda və filmin uzanmasında ittiham etsələrdə, eyni zamanda onun qüsursuz peşəkar işini də vurğuladılar.

"Kusturica həyatı bütün qorxuları və dramları ilə, eyni zamanda sevincləri ilə görür" (Monsieur Cinè"ma") "Bəlkə də bu Kusturitanın ən yumşaq və ən nikbin filmidir" ("Première")

Mükafatları 2004 — Kann film festivalında Fransanın milli təhsil sisteminin mükafatı, 2005 — Fransa Film Akademiyasının Avropa birliyinin ən yaxşı filminə verdiyi "Sezar" mükafatı, 2005 — Ən yaxşı Avropa filminə görə "Qızıl Qlobus" mükafatı.

İstinadlar

Xarici keçidlər Life Is a Miracle (2004)

Kateqoriya:Əlifba sırasına görə filmlər Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:Serb-xorvat dilində filmlər Kateqoriya:2004-cü ilin Fransa filmləri Kateqoriya:2004-cü ilin komediya-dram filmləri Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:İtaliyanın melodram filmləri Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Serbiya haqqında filmlər