Əbu Mehdi əl-Mühəndisi (; ) — Əsasən İraqdakı fəaliyyəti ilə tanınmış Xalq Səfərbərlik Qüvvələrinin (Al-Hashd Al-Sha'abi) komandanı, İran dövlət xadimi.

Əl-Mühəndisinin adı daha çox 2014–2015-ci illərdə rəhbərlik etdiyi hərbi biləşmənin İraq Şam İslam Dövlətinə qarşı apardığı uğurlu hərbi əməliyyatlarda hallanmışdır. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinə olan yaxınlığı ilə bilinirdi.

Bir müddət Katibi Hizbullah təşkilatında rəhbər vəzifələr tutmuş əl-Mühəndisi Səddam Hüseyninin İraq Prezindenti olduğu dövrdə İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində ona qarşı mübarizə aparmışdır. 1980-ci illərdə Küveytdəki fəaliyyətləri səbəbindən barəsində terrorizmin yayılması və dəstəklənməsi iddiaları səslənmişdir. 1983-cü ildə Küveytdə baş vermiş partlayışın təşkilatçılığında ittiham olunaraq Küveyt məhkəməsi tərəfindən haqqında qiyabi olaraq edam cəzası çıxarılmışdır.

Əbu Mehdi əl-Mühəndisi Amerika Birləşmiş Ştatları tərəfindən rəsmən terrorçu kimi tanınmışdır. 2020-ci ilin 3 yanvar tarixində İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanına ABŞ Silahlı Qüvvələri tərəfindən endirilmiş raket zərbələri nəticəsində öldürülmüşdür. Hadisə nəticəsində əl-Mühəndisi ilə birlikdə olan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymanidə həlak olmuşdur.

Həyatı thumb|right|300px|İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani (solda) və Xalq Səfərbərlik Qüvvələrinin komandanı Əbu Mehdi əl-Mühəndisi (sağda) , Qasım Süleymaninin atasının hüzür mərasimində. (2017, Tehran)

İstinadlar

Kateqoriya:İran hərbçiləri Kateqoriya:İraqlı şiə müsəlmanları Kateqoriya:Partlayıcı qurğu nəticəsində ölənlər